Modern.az

İsrailin müdafiə naziri Bakıya niyə zəng etmişdi - ÖZƏL ŞƏRH

İsrailin müdafiə naziri Bakıya niyə zəng etmişdi - ÖZƏL ŞƏRH

Analitika

3 Fevral 2023, 12:24

Son vaxtlar Azərbaycan və İsrail arasında münasibətlər bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə inkişaf etməkdədir. Ötən günlərdə İsrailin müdafiə naziri Yoav Qallantın azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənova zəng edərək, onunla hərbi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparması, ardınca DSX rəisi, general-polkovnik Elçin Quliyevlə sərhəd təhlükəsizliyi barədə danışıqların həyata keçirilməsi təsadüfi deyil.

 

Telefon danışığı zamanı tərəflərin regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə etməsi təmasların daha da gücləndirilməsindən xəbər verir.  

 

İsrailli ekspert David Geldelman İsrail və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərini Modern.az-a şərh edib.

 

 

“Son zamanlar Azərbaycan və İsraildə xoş olmayan hadisələr (Azərbaycanın Tehrandakı səfirliyində və İsraildə törədilmiş terror aktını nəzərdə tutur) baş verdi. Bu da ölkələr arasında əlaqələrin daha da güclənməsinə səbəb olan amillərdir. Regional təhlükəsizlik məsələləri bu gün hər iki ölkə üçün əsas prioritetdir. Ona görə də İsrail və Azərbaycan bir-birilərinin təcrübələrindən istifadə edərək güclü qüvvəyə çevrilir", - David Geldelman vurğulayıb.

 

Tanınmış ekspert onu da qeyd edib ki, hazırda həm Azərbaycan, həm də İsrail hərbi əməkdaşlığı gücləndirməkdə maraqlıdır:

 

"Bu gün hər iki ölkənin əsas hədəflərindən biri hərbi-texniki əməkdaşlığı gücləndirməkdir. Rəsmilər arasında sonuncu danışıqlar bu istiqamətdə işlərin daha da güclənəcəyini göstərir. Ola bilsin ki, gələcəkdə iki ölkə birgə silah istehsalına başlasın. İsrailin bu sahədə təcrübəsi var və hər zaman Azərbaycanla bölüşməyə hazırdır. Eyni zamanda İsrail və Türkiyə arasında da əlaqələr normallaşmağa başlayıb. Məncə, gələcəkdə üç ölkənin iştirakı ilə hərbi sahədə işlər görmək mümkündür”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü