Modern.az

ABŞ Azərbaycana Qarabağda mane olmayacaq - ŞƏRH

ABŞ Azərbaycana Qarabağda mane olmayacaq - ŞƏRH

3 Fevral 2023, 14:12

ABŞ-ın “RAND Corporation” Araştırma Mərkəzi “Ukraynada uzun müddətli müharibəni necə dayandırmalı və ABŞ-ın siyasəti” adlı hesabat hazırlayıb.

Modern.az-ın məlumatına görə, hesabatda Rusiyanın Ukrayna müharibəsi fonunda zəifləməsi Amerika üçün müsbət hadisə kimi qeyd edilib.

Hesabat müəllifləri hesab edirlər ki, Rusiya zəiflədikcə başqalarına təhlükə yarada bilməyəcək.

Politoloq Elxan Şahinoğlu bildirib ki, “RAND Corporation” Mərkəzinin hesabatında Ukrayna müharibəsinin davamının Rusiyanın başqa ölkələrə müdaxilə imkanlarının azaldığını vurğulaması Azərbaycan üçün manevr imkanları açır:

“Rusiya Ukrayna müharibəsi fonunda Azərbaycanla münasibətləri gərginləşdirməyəcək. Azərbaycan bundan istifadə edərək Qarabağda qayda-qanun yaradılmasını sürətləndirə bilər. Hesabat müəlliflərinin Ukrayna müharibəsi fonunda Avropa dövlətlərinin Rusiyanın enerji asılılığından qurtulmasını uğurlu gedişat kimi qiymətləndirməsi də Azərbaycanın maraqlarına uyğundur”.

E.Şahinoğlunun fikrincə, Azərbaycanın Qarabağın ermənilər yaşayan ərazilərində də nəzarəti gücləndirməsinə ABŞ və Avropa mane olmayacaq.

“Avropanın Azərbaycan qazına ehtiyacı var. ABŞ-ın da istədiyi budur”, - siyasi şərhçi deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi