Modern.az

Paşinyan Qərb-Rusiya qarşıdurmasını Ermənistana gətirib - Baş nazirə İTTİHAM

Paşinyan Qərb-Rusiya qarşıdurmasını Ermənistana gətirib - Baş nazirə İTTİHAM

Analitika

4 Fevral 2023, 11:57

Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub.

Modern.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib. Rəsmi Moskva son iki həftədə ikinci dəfə bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da Ermənistanda sülhməramlı missiya yerləşdirməyə hazırdır.

Xarici işlər naziri Lavrov bu barədə əvvəlcə yanvarda keçirilən mətbuat konfransında, sonra isə dünən yerli mətbuata müsahibəsində danışıb. O bəyan edib ki, Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər rəsmi İrəvan hələ də maraqlıdırsa, o zaman missiya bir-iki gün ərzində yerləşdirilə bilər.

"Bu plan çoxdan hazır idi, lakin erməni tərəfi bizi tələsdirmədi", - Lavrov deyib.

Rəsmi İrəvan isə KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Paşinyan iqtidarı Azərbaycanla sərhəddə baş verən sentyabr döyüşləri zamanı Ermənistana hərbi dəstək tələb etmişdi.

Son müsahibəsində Lavrov Ermənistan hakimiyyətinin arqumentinə cavab verib ki, KTMT-də vahid mövqe yoxdur. Yəni qurumun bütün üzvləri Ermənistana hərbi dəstək verilməsində maraqlı olmayıb.

Nikol Paşinyan bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İrəvan KTMT-nin 2023-cü ildəki hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Paşinyan əsas kimi Bakının Qərblə danışıqlarına istinad edib ki, “Azərbaycan həmin təlimləri təhdid kimi qəbul edir və qabaqlayıcı tədbirlər görür”.

Moskva Ermənistan hökumətinin Qərbə meyillənməsindən narazıdır, Kreml bildirir ki, nə üçün İrəvan strateji tərəfdaşının qəzəbinə səbəb ola biləcək addım atıb Aİ müşahidəçilərini ölkəyə dəvət etmək yolunu seçdi...

Qeyd edək ki, Lavrovun son açıqlamalarında gələcəkdə eskalasiyanın mümkünlüyü ilə bağlı eyhamlar da var idi.

Keçmiş deputat, politoloq Arman Abovyan “Hraparak”a açıqlamasında Paşinyan hökumətini Rusiya ilə münasibətləri pisləşdirməkdə qınayıb:
 

“Bəli, strateji tərəfdaşla - KTMT ilə bağlı həll olunmamış məsələlər var. Lakin onlar müzakirələr yolu ilə həll olunmalıdır. Tərəfdaşla danışmalısınız, amma kameralar qarşısında yox, bağlı qapılar arxasında”.

Arman Abovyan bildirib ki, Paşinyan hakimiyyəti Qərblə Rusiya arasında qarşıdurmanı Ermənistan  ərazisinə gətirib və bu fakt ölkə üçün ontoloji risklər ehtiva edir:

“Bəs Aİ-nin müşahidəsi bizə nə verir? Aİ-nin baş diplomatı Jozef Borrel şəxsən Azərbaycana qarşı sanksiyaların tətbiq olunmayacağını elan edib. Azərbaycan Avropa ilə qaz müqavilələrini ayda bir dəfə yeniləyir. Belə çıxır ki, müşahidəçilər yalnız izləməyə gəlir”.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü