Modern.az

Rusiya Ermənistanı itirməyi gözə alıb - ŞƏRH

Rusiya Ermənistanı itirməyi gözə alıb - ŞƏRH

Analitika

5 Fevral 2023, 11:33

"İrəvanda erməni və rusiyalı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Erməni saytlarında bəzi çıxışları izlədim. Rusiyalı ekspertlərin ümumi fikri bu oldu ki, Ermənistan hakimiyyəti Rusiyanın əvəzinə Qərbi seçərsə, Kreml bu dövlətə kömək edə bilməyəcək. Erməni ekspertlər isə əksini bildiriblər: “Bizi Azərbaycanın əlindən ala bilməsəz, Ermənistanı itirəcəksiniz”. Erməni ekspertlər həm də ondan narahatlıqlarını dilə gətiriblər ki, Rusiyanın başı Ukraynaya qarışıb, Cənubi Qafqaza nəzarəti azalıb və Kreml Azərbaycana mane olmur".

 

Modern.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın Ermənistandan üz döndərməsi ehtimalını şərh edərkən deyib.

 

Politoloqun fikrincə, İrəvanda keçirilən dəyirmi masadakı müzakirələrdən çıxan qənaət budur ki, Rusiya Ermənistanın itirilməsindən narahat deyil.

 

"Kreml İrəvana seçim imkanı verir. İrəvanın Qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi bircə Ermənistandakı hərbi bazasını oradan çıxartması olacaq. Ermənistandakı həmin hərbi baza Rusiyaya yükdən başqa bir şey deyil. Bunun əvəzinə Rusiya qazın qiymətini Ermənistana artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Qərbə qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin. Əksinə Rusiya Ermənistan adlı ballastdan imtina etsə, bu hamının xeyrinə olacaq. Əlbəttə, bu ideal variantdır", - E.Şahinoğlu əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır