Modern.az

Britaniyanın Ukraynaya yardımları nə qədər effektivdir? - ARAŞDIRMA

Britaniyanın Ukraynaya yardımları nə qədər effektivdir? - ARAŞDIRMA

Analitika

9 Fevral 2023, 10:26

"Böyük Britaniya Ukraynaya yardım edən ölkələrin ön sıralarındadır, lakin onun dəstəyinin bir hissəsi real, bəziləri isə simvolikdir".

 

Modern.az xəbər verir ki, bu fikirlər "Financial Times" nəşrinin Ukrayna prezidenti Volodimir Zelenskinin Londona səfəri ərəfəsində Böyük Britaniyanın Ukraynaya yardımları mövzusunda dərc olunan təhlil yazısında yer alıb.

 

Məqalənin önəmli hissələrini təqdim edirik:

 

- Kiyevin Böyük Britaniyanı öz müttəfiqlərinin avanqardı hesab etməsi səbəbsiz deyil. Böyük müharibənin ilk günlərindən və ondan əvvəl də hərbi yardımla bağlı çoxsaylı müraciətlərə ilk cavab verən ölkə məhz Britaniya idi. Lakin Britaniyanın yardımlarının heç də hamısı eyni dərəcədə faydalı deyil. İlkin dövrdə silah tədarükü və hərbi qulluqçulara təlim keçilməsi Ukraynaya həqiqətən çox kömək etdi. Digər tərəfdən, bir neçə "Challenger" tankı daha çox simvolik əhəmiyyət daşıyır. Burada məqsəd tərəddüd edən digər Qərb ölkələrini həvəsləndirməkdən ibarətdir.

 

Britaniya hökumətinin müzakirə etməyə razılaşdığı qırıcıların tədarükü məsələsi də eynilə simvolik dəstək kateqoriyasına aiddir. Kiyevin özü üçün ən çox üstünlük verdiyi F-16 qırıcıları Britaniyada sadəcə yoxdur, "Typhoon"lar isə qısa və ya qeyri-bərabər uçuş-enmə zolaqlarına uyğunlaşdırılmayıb. Üstəlik, Böyük Britaniyada onların ehtiyat hissələri yoxdur.

 

Britaniyanın Ukraynaya bu qədər fəal kömək etməsinin 3 səbəbi var. Bir tərəfdən, son bir ildə Britaniyanın hər üç baş naziri ictimaiyyətin diqqətini Conson hökumətindəki qalmaqallar və ya Sunakın dövründəki daimi tətillər kimi daxili siyasi problemlərdən yayındırmaqda maraqlı olub. Digər tərəfdən, Britaniya Avropa İttifaqından çıxmaqla bütün dünyada azadlığın müdafiəçisi olaraq qaldığını göstərmək istəyir. Lakin böyük ölçüdə Böyük Britaniyanın mövqeyi ani siyasi ehtiyaclarla məhdudlaşmır. Bu, institusional olaraq Britaniyanın hərbi quruluşunda mövcuddur və Müdafiə Nazirliyində, kəşfiyyat xidmətlərində özünü göstərir. Elə buna görə də onlar Rusiyanın yaxınlaşan işğalı barədə xəbərdarlıq etməyə və cavab addımları hazırlamağa ilk başlayanlardan oldular.

 

Londonun bu yaxınlarda Kiyevə vəd etdiyi silahlardan "Brimstone" raketləri tanklardan daha faydalı olacaq. Bu raketlər 20 kilometr məsafədə düşmənin zirehli texnikasını vurmağa qadirdir və Ukraynaya Rusiyanın gözlənilən hücumunu dəf etməyə kömək edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır