Modern.az

Vaşinqtondan sonra diqqətlər Moskvada - Gözləntilər nədir...

Vaşinqtondan sonra diqqətlər Moskvada - Gözləntilər nədir...

Analitika

6 May 2023, 14:36

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra diqqətlər Moskvaya yönəlib. XİN başçılarının ABŞ-da keçirilən danışıqlarında bəzi məsələlərdə razılıq əldə olunsa da, yekun müzakirələrin Rusiyanın paytaxtında aparılacağı ehtimal olunur.


Maraqlıdır, Moskva görüşündən gözləntilər nədir? Azərbaycan Rusiyada istədiyi nəticəyə nail ola biləcəkmi? 


Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, Moskvanın tərəflərə təklif edəcəyi heç nə yoxdur.


"Xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçiriləcəyi deyilir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Moskvada keçirdiyi brifinqdə bildirib. Azərbaycanla Ermənistan arasında hansısa çərçivə sənədinin imzalanması iyunun 1-də Kişinyovda Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüşündən asılı olacaq. Moskva görüşündən irəliləyiş gözləmək lazım deyil. Ümumiyyətlə, bu görüşün baş tutub-tutmayacağı ilə bağlı dəqiq xəbər yoxdur. Çünki Moskva görüşünün prioritetləri tamam fərqlidir. Açığı, Rusiyadan tərəflərə təklif edilə biləcək heç nə yoxdur",- deyə o bildirib.

 

 

Y.Hacıyeva vurğulayıb ki, Azərbaycan və Ermənistanın müzakirə edəcəyi mövzularda Qərbin, eləcə də Rusiyanın böyük rolu yoxdur:

 

"Prezidentin qeyd etdiyi kimi, bu məsələləri ikili formada müzakirə etmək daha faydalı olacaq. Azərbaycan bütün məsələləri öz siyasi iradəsinə və gücünə arxalanaraq edir. Buna baxmayaraq, heç vaxt danışıqlar prosesindən də qaçmayıb. Moskva görüşünü Vaşinqton görüşünün davamı kimi qəbul etmək doğru olmaz. Ümumilikdə, bütün danışıqlar üçtərəfli bəyanatın üzərində aparılır. Yəni müzakirələr bu sazişin əsasında gedir. Təbii ki, Moskva bəndlərin icra olunmaması və ermənilər tərəfindən törədilən təxribatlar vasitəsiylə özünü bu prosesdən kənarlaşdırıb. İndi isə yenidən həmin proseslərə cəlb olunmağın mənası yoxdur. Çünki Rusiyanın tərəflərə verə biləcəyi heç nə yoxdur. Yekun sülh müqaviləsi Moskvada imzalana bilər, ancaq hazırda bunun işartıları yoxdur. Mən düşünürəm ki, üçüncü görüş yenə də Vaşinqtonda keçiriləcək".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı