Modern.az

Brüssel görüşündən nəticə gözləməyə dəyməz - Politoloq

Brüssel görüşündən nəticə gözləməyə dəyməz - Politoloq

Analitika

9 May 2023, 17:24

Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü əslində ötən ilin dekabrında olmalı idi.

 

Modern.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O, həmin görüşün Fransa Prezidenti Emmanuel Makrona görə baş tutmadığını xatırladıb:

 

"Vaşinqton estafeti Brüsselə verib. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək. Əslində bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa Prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan Prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi".

 

E.Şahinoğlunun sözlərinə görə, budəfəki görüşdə Almaniya kansleri Olaf Şoltsun iştirakı rəsmi Bakının təklifinə bənzəyir:

 

"İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa Prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır".

 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

Bu xəbər ilə bağlı
Brüssel, Kişinyov, sonra İspaniya... - Mişeldən Əliyev və Paşinyana GÖRÜŞ TƏKLİFİ
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü