Modern.az

Azərbaycandakı Türkiyə vətəndaşları üçün səsvermə BAŞLAYIB

Azərbaycandakı Türkiyə vətəndaşları üçün səsvermə BAŞLAYIB

20 May 2023, 08:44

Bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayıb.

 

Modern.az-ın məlumatına görə, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçirilir.

 

Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında təşkil edilib. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başladığı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq.

 

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

 

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı