Modern.az

Türkiyə xalqı ən uğurlu namizədi seçdi - Xarici ekspertlərin ŞƏRHİ

Türkiyə xalqı ən uğurlu namizədi seçdi - Xarici ekspertlərin ŞƏRHİ

29 May 2023, 11:30

Ötən gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Seçkinin rəsmi nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan 52 faizdən çox səs toplayaraq, yenidən Türkiyə prezidenti seçilib. 


Qardaş ölkədə təşkil olunan seçkilər təkcə Türkiyə daxilində deyil, beynəlxalq platformalarda da yaxından izlənilirdi. Seçkinin nəticələri elan olunandan sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Daha sonra Türk dünyasının digər liderləri təbriklərə qoşulub. Eyni zamanda ABŞ, Rusiya, Avropa İttifaqı ölkələrindən təbrik mesajları verilib. 

 
Xarici siyasi ekspert və politoloqlar hesab edirlər ki, Türkiyə xalqı yenidən Ərdoğanı prezident postuna seçməklə doğru qərar verib. 

 

Ərdoğanın qələbəsi gözlənilən idi...

 

 

Pakistanlı siyasi şərhçi Qaiser Nəvvab Modern.az-a açıqlamasında bildirib ki, Ərdoğanın şansı rəqibindən - CHP lideri Kamal Kılıçdaroğlundan daha yüksək qiymətləndirilirdi:

 

“Türkiyədə keçirilən prezident seçkilərini bütün dünyada olduğu kimi, Pakistanda da diqqətlə izləyirdilər. Nəticələr bizim üçün gözlənilən oldu. Çünki Ərdoğanın şansı rəqibindən daha yüksək idi. Türkiyə və Pakistan qardaş ölkələrdir. Qardaş ölkədə əlaqələrə dəstək verən şəxsin prezident seçilməsi bizim üçün vacib idi. Bununla bərabər Pakistan xalqı və hökuməti qardaş ölkədə seçkilərin uğurlu olmasını istəyirdi. Hazırkı hakimiyyətin dövründə Türkiyə və Pakistan arasında əlaqələr yüksələn xətlə davam edib. Birlikdə beynəlxalq və regional layihələrə imza atılıb. Bundan sonra da əlaqələr yüksək səviyyədə davam edəcək”.

 

Türkiyənin nüfuzu daha da artacaq...

 

 

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyzhmakov bu seçimlə Türkiyənin yenidən Rusiya Ukrayna münaqişəsində güclü vasitəçi olacağına inanır:

 

“Türkiyə Rusiya üçün beynəlxalq sahədə strateji tərəfdaşlardan biridir. Türkiyənin beynəlxalq arenada nüfuzu artmaqdadır. Türkiyə üçün belə şəraiti Rəcəb Tayyib Ərdoğan yaradıb. Onun seçilməsi ilə Türkiyənin nüfuzu daha da artacaq. Bundan sonra da Rusiya ilə əlaqələrin yüksək səviyyədə davam edəcəyinə inanırıq. Rusiya Ukrayna münaqişəsi fonunda Türkiyə digər beynəlxalq vasitəçilərlə müqayisədə daha fəal rol oynadı. Bu, onun dünyada real sülhün tərəfdarı olduğunu bir daha sübut etdi”.

 

Ən uğurlu namizəd qalib gəldi...

 

 

İsrailli ekspert Mixail Finkel ölkəsində Türkiyə seçkilərinin maraqla izlənildiyini qeyd edib: 


 
“İsrail dost Türkiyə xalqı üçün ən uğurlu namizədi dəstəkləyirdi və nəticələr də elə oldu. Türkiyə xalqının özü üçün ən uğurlu seçimi edəcəyinə inanırdıq. Bundan sonra əlaqələrin daha da güclənəcəyinə ümid edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir