Modern.az

Əks-hücum gözlənildiyi kimi getmir - ABŞ və Ukraynadan ETİRAF

Əks-hücum gözlənildiyi kimi getmir - ABŞ və Ukraynadan ETİRAF

1 İyul 2023, 11:15

Ukrayna ordusunun iyun ayında başlayan əks-hücum əməliyyatı müxtəlif cəbhələrdə davam edir.

 

Modern.az bu barədə ABŞ və Ukrayna rəsmilərinə, eləcə də yerli mətbuata istinadən xəbər verir.

 

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli bildirib ki, Ukraynanın əks-hücumları çoxlarının gözlədiyindən daha yavaş gedir, lakin irəliləyiş durmadan artır: "Hücum proqnozlaşdırılandan daha yavaşdır və bu məni təəccübləndirmir" 

 

Milli hərbçilərin minalanmış sahələrdən keçdiyini, "gündə 500 metr, 1000 metr, bəzən 2000 metr" irəli getdiyini bildirib.

 

"Kağız üzərində olan müharibə ilə real müharibə fərqlidir. Əsl müharibədə real insanlar ölür... Mən demişdim ki, bu, altı, səkkiz, 10 həftə çəkəcək, çox çətin olacaq. Bu, çox uzun olacaq və çox, çox qanlı olacaq. Və heç kim hər hansı bir illüziyaya qapılmamalıdır" 

 

Milli bu həftə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə telefonla danışıb və o, generala Ukrayna qüvvələrinin cəbhədə strateji təşəbbüsü ələ keçirə bildiyini bildirib.

 

Əks-hücumun yavaş templə getdiyini ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edib. Dünən Zelenski Ukrayna qüvvələrinin bütün istiqamətləri üzrə irəlilədiyini, müdafiə nazirinin müavini Anna Malyar isə ordunun irəliləyişinin "plan üzrə getdiyini" qeyd edib

 

Zelenski İspaniya mətbuatına müsahibəsində bildirib ki, Ukrayna iyulun 11-də Litvada keçiriləcək NATO toplantısından əvvəl nəticələri göstərmək istəyir.

 

"Sammitdən əvvəl biz nəticə göstərməliyik. Ancaq hər kilometr həyat bahasına başa gəlir", - o deyib.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi isə vurğulayıb ki, Rusiya mövqelərinə hücumun sürəti və istiqamətləri ilə bağlı qərar verən tərəf Ukraynadır;

 

“Biz ukraynalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Onlar bizi xəbərdar edir və biz onlara əks-hücumda kömək etmək üçün əlimizdən gələni etməyə davam edirik... Lakin hara və nə qədər sürətlə getmələri onların öz işidir”.

 

CNN telekanalı Qərb rəsmilərinə istinadən yazıb ki, Ukraynanın əks-hücum əməliyyatı “heç bir cəbhədə gözləntiləri doğrultmur” və Rusiyanın müdafiə xətləri yaxşı möhkəmləndirilib. Qeyd olunur ki, Rusiya qoşunları Ukraynanın zirehli texnikasını raket zərbələri və minalarla bloklayır, həmçinin təyyarələrdən səmərəli istifadə edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı