Modern.az

Ukraynanın əks-hücum əməliyyatı yeni MƏRHƏLƏDƏ

Ukraynanın əks-hücum əməliyyatı yeni MƏRHƏLƏDƏ

Analitika

27 İyul 2023, 08:45

Ukraynanın əks-hücum əməliyyatı kifayət qədər sürətlə getmir, ancaq dalana dirənməyib.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib.

 

"Prezident Zelenskinin özü dedi ki, əks-hücum onun istədiyi qədər sürətlə inkişaf etmir və onlar hər gün istədikləri qədər irəli getmirlər. ABŞ bununla bağlı mövqe tutmayacaq", - Kirbi bildirib.

 

Ağ Ev rəsmisi qeyd edib ki, əks-hücum əməliyyatı durğun deyil, Ukrayna hərəkətdədir və ABŞ onları (Ukraynalıların) hərəkətdə qalmaları üçün lazım olan alət və imkanlarla təchiz edəcək.

 

"New York Times" qəzeti Pentaqondakı iki mənbəyə istinadən yazır ki, Ukrayna ordusu əks-hücumun yeni mərhələsinə başlayacaq. Belə ki, Kiyev Zaporojye vilayətinin Orexov bölgəsi istiqamətində hücuma keçəcəyi barədə Vaşinqtona məlumat verib.

 

Nəşr bildirir ki, bu istiqamətdə hücum Ukrayna Silahlı Qüvvələrinə Tokmaka və daha sonra Azov dənizi yaxınlığındakı Melitopola hərəkət etməyə imkan verəcək. Mənbələrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün xüsusi hazırlanmış və hələ də ehtiyatda saxlanılan yeni birləşmələrin bir hissəsini döyüşə cəlb edib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın əks-hücum əməliyyatının hələ ilkin mərhələdə olduğunu və bir neçə ay ərzində formalaşacağını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir