Modern.az

Ən çox və ən az müavini olan nazirlər... - ARAŞDIRMA

Ən çox və ən az müavini olan nazirlər... - ARAŞDIRMA

Analitika

13 Sentyabr 2023, 15:04

Ötən günlərdə xarici işlər naziri Ceyhun Bayramova yeni müavinlər təyin edilib. Belə ki, Samir Şərifov və Yalçın Rəfiyevin XİN rəhbərinin müavini vəzifəsinə gətiriliblər. Bundan sonra Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq. Digər yeni nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq Təhlükəsizlik İdarəsi, İqtisadi Əməkdaşlıq İdarəsi və Yaxın Şərq və Afrika İdarəsinə nəzarət edəcək.

 

Bununla da Ceyhun Bayramovun müavinlərinin sayı 6-ya çatdırılıb. Mahmud Məmmədquliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov da xarici işlər nazirinin müavinləridir.

 

Bəs maraqlıdır, daha çox müavini olan nazir kimdir?

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan nazirlərinin neçə müavinlərin olduğunu araşdırıb. 

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov həmkarları arasında ən çox müavini olan nazirdir. Hazırda onun yeddi müavini var.

 

1. Birinci müavin, general-leytenant Rəfail Mirzəyev
2. General-leytenant Faiq Tağı-zadə
3. General-leytenant Etibar Mirzəyev
4. General-leytenant Ragim Lətifov
5. Orucəli Hacıyev
6. General-mayor Teymur Mehdiyev
7. Tapdıq Əmiraslanov

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov da ən çox müavini olan nazirlərdəndir. O, hazırda 6 müavinlə çalışır: Elnur Əliyev (1-ci müavin), Sahib Ələkbərov, Nizayi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov, Rövnəq Abdullayev.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı isə 4-dür.


1. General-leytenant Ənvər Əfəndiyev - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
2. General-polkovnik Kərəm Mustafayev - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
3. General-leytenant Ramiz Tahirov - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
4. Aqil Səlim oğlu Qurbanov Prezident İlham Əliyevin 09.12.2022-ci il tarixli sərəncamı ilə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. 

 

Ədliyyə naziri Fikrət Məmmədovun 5 müavini var:


1. Toğrul Musayev
2. Vilayət Zahirov
3. Azər Cəfərov
4. Eldar Nuriyev
5. Mirsaleh Seyidovdur.

 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müavinlərinin sayı isə 5-dir:  polis general-leytenantı Seyfulla Əzimov (1-ci müavin),  polis general-leytenantı Oruc Zalov, polis general-leytenantı İsmət Əliyev, polis general-leytenantı Şahin Məmmədov (Daxili Qoşunların komandanı), polis general-leytenantı Fazil Quliyev (Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dörd müavini var. Belə ki, onlar Anar Əliyev, Vüsal Nəsirli, Anar Kərimov, Hidayət Abdullayevdir.

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin 3 müavini var. Həmin şəxslər- Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyevadır.

 

Mədəniyyət naziri Adil Kərimli 3 müavinlə işləyir: Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynov.

 

Gənclər və idman naziri Fərid Qayıbovun da 3 müavini var. Onlar İndira Hacıyeva, Mariana Toteva Vasileva, Fərhad Hacıyev.

 

Digər üç müavini olan nazirimiz energetika naziri Pərviz Şahbazovdur.  Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov Energetika nazirinin müavini olaraq çalışır.

 

Müdafiə sənayesi naziri Mədət Quliyevin  üç müavini var: Mehman Baxışov, Yəhya Musayev, Vüqar Mustafayev.

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun tabeleyində 3 müavin var: İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov.

 

Elm və təhsil naziri Emin Əmrullayevin üç müavini var. Hazırda Firudin Qurbanov, İdris İsayev və Həsən Həsənli elm və təhsil nazirinin müavinləridir.

 

Səhiyyə naziri Teymur Musayevin 3 müavini var: İlqar Rasımov, Rasim İsmayılov, Nadir Zeynalov.

 

Maliyyə naziri Samir Şərifovun isə cəmi 1 müavini var. Bu şəxs Azər Bayramovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi