Modern.az

Rusiyada Azərbaycanın antiterror tədbirlərilə bağlı iki yanaşma mövcuddur - ŞƏRH

Rusiyada Azərbaycanın antiterror tədbirlərilə bağlı iki yanaşma mövcuddur - ŞƏRH

Analitika

19 Sentyabr 2023, 16:10

“Rusiya hələ ki proseslərə qarışmır, qarışmaması lazımdır. Əks halda, Kremlin Ukrayna müharibəsi və tərəfdaşlarını itirdiyi dövrdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə də gərginliyi yarana bilər. Bu nə Rusiyanın, nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına cavab verir”.

Modern.az-ın məlumatına görə, bunu Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə qarşı  aparılan antiterorr tədbirlərini şərh edən siyasi ekspert Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Rusiyada Azərbaycanın antiterror tədbirləri ilə bağlı iki yanaşma mövcuddur:

“Birinci yanaşma odur ki, Rusiyada mərkəzlər Ermənistan hakimiyyəti ilə münasibətlərdə gərginlik yaşaması fonunda Azərbaycana mane olmayacaqlar.
İkinci yanaşma isə Rusiyadakı fərqli şovinist mərkəzlər Qarabağın tamamını nəzarətə almaqda hansısa mərhələdə bizə mane olmağa və yenidən atəşkəs əldə etməyə çalışacaqlar. Hədəfimiz bəllidir, Qarabağın tamamı nəzarətimizə keçməli və problemə son qoymalıyıq. Ayrıca, hansısa rusiyalı rəsminin və diplomatın Ukraynaya qarşı işğalçı müharibə fonunda bizə “tərəfləri atəşkəsə dəvət edirik” çağırışı gülünc səslənir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi