Modern.az

Paşinyan istefa verərsə... - Azərbaycanın planı hazırdır

Paşinyan istefa verərsə... - Azərbaycanın planı hazırdır

Analitika

23 Sentyabr 2023, 14:06

Azərbaycan Ordusunun 24 saat çəkən antiterror tədbirləri, nəticədə separatçıların ağ bayraq qaldırıb təslim olması Ermənistandakı revanşist qüvvələri ciddi qıcıqlandırıb. Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanın hadisələr zamanı məsələlərə qarışmaması ölkədaxili iğtişaşlara səbəb olub.

 

Müxalif qüvvələri İrəvanda genişmiqyaslı etiraz aksiyaları təşkil edib. Polis aksiyalara sərt müdaxilə edib, yüzlərlə şəxs həbs edilib. Rusiyameyilli müxalif qüvvələr Paşinyanı devirmək üçün birləşib. Paşinyan istefa verməyəcəyini bildirsə də, müxalifət onu hakimiyyətdən uzaqlaşdırmaq üçün təzyiqlər etməyə davam edəcək.

 

Bəs, Paşinyanın istefası Azərbaycan üçün nə deməkdir? O, devriləcəyi təqdirdə, hakimiyyətə gələcək revanşist qüvvələr yeni təxribatlara əl ata bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Ermənistan hökumətinin son zamanlar sərgilədiyi mövqe Azərbaycan tərəfindən müsbət qarşılanır:

 

"Azərbayacan öz məqsədlərinə çatmaq üçün bütün imkanlarını səfərbər edib. Sülh yolu ilə Azərbaycanın şərtlərini yerinə yetirmək istəməyən ermənilər Ordumuzun 24 saat çəkən antiterror tədbirlərinin nəticəsi olaraq ağ bayraq qaldırıb, təslim oldular. Hazırda reinteqrasiya məsələləri üzrə işlər aparılır. Qanunsuz erməni silahlı birləşmələrinin silah-sursatlarının təhvil götürülməsi prosesi gedir. Hələ də silahı yerə qoymayan quldur dəstələrini tərksilah etmək üçün Azərbaycan Ordusu müəyyən tədbirlər görür. Əsas odur ki, Azərbaycan öz suverenliyini təmin edib. Digər məsələlələr mərhələli şəkildə həllini tapacaq. Bütün bu hadisələrin fonunda  Ermənistanda qarşıdurma və çaxnaşmalar daha da ağır dövrünə qədəm qoyub. Bu etirazların durmayacağını elan ediblər. Nikol Paşinyanın öz tərəfdarları ilə görüş zamanı istefa verməyəcəyini deməsi, etirazları daha da gərginləşdirə bilər. Məlumdur ki,Ermənistanın son hadisələr zamanı sərgilədiyi mövqe Azərbaycan tərəfindən də müsbət qarşılanır. Çünki onlar faktiki olaraq, Azərbaycanın daxili işinə qarışmadılar. Açıq şəkildə separatçılara kömək etmədilər. Bu da sülh müqaviləsinin imzalanmasına olan ümidləri möhkəmləndirir. Sülh sazişinin 70 faizinin razılaşdırılması onu deməyə əsas verir ki, digər 30 faiz ətrafında da müzakirələr nəticəsində çıxış yolu tapmaq olar. Beləliklə də, ilin sonuna qədər sülh müqaviləsini imzalamaq mümkün ola bilər".

Deputat vurğulayıb ki, Paşinyanın Ermənistan hakimiyyətindən uzaqlaşdırılması Azərbaycanın vaxt itirməsinə səbəb olacaq:

 

"Paşinyanın hakimiyyətdən getməsi yalnız sülh müqaviləsinin imzalanmasının müddətinin artmasına gətirib çıxara bilər. Paşinyan devrilib, yerinə başqa adamlar gətirilsədə, gec-tez sülh müqaviləsi imzalanacaq. Bu baxımdan Paşinyanın hakimiyyətdə qalması bizə daha çox sərf edir. Çünki 3 il ərzində dəfələrlə görüş olub. Paşinyan hökumətinin mövqeyi, kimliyi, onların nələr edə biləcəyi bizə məlumdur. Yeni bir siyasi fiqurun hakimiyyətə gəlməsi bizim üçün vaxt itkisidir. Sülh müqaviləsinin  imzlanması müddətini uzada bilər. Hər halda Ermənistan və onun havadarları anlayırlar ki, Azərbaycanla diqtə dilində danışmağın mənası yoxdur. Üçtərəfli bəyanat var. Hakimiyyət dəyişsə belə, Ermənistan üzərinə düşən öhdəliklər yerinə yetirilməlidir. Azərbaycan gec-tez Ermənistanı buna məcbur edəcək. İlk növbədə Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun işə düşməsi və yolun artıq dəhliz olaraq fəaliyyətə başlaması, Ermənistanla digər kommunikasiyaların açılması, Ermənistan ərazisində qalan  Azərbaycana  məxsus kəndlərin geri qaytarılması, daha sonra Qərbi Azərbaycanlıların qayıdıb Ermənistan vətəndaşı kimi yaşaması təmin edilməlidir.Paşinyanın hakimiyyətdə  qalması bizim üçün daha əlverişli görsənir. Ermənistan ərazisində baş verən istənilən proseslərə uyğun Azərbaycanın hökumətinin plan-proqramı hazırdır. Azərbaycan hökuməti daha da güclü olmaq üçün əlindən gələni edir".

 

Politoloq Natiq Miri vurğulayıb ki, Paşinyanın hakimiyyətdən getmə ehtimalı sıfıra yaxındır:

 

"Paşinyanın hakimiyyətdən getmə ehtimalı sıfıra yaxındır. Buna hər kəs əmin olsun. Çünki Ermənistan polisi ABŞ xüsusi xidmət orqanları tərəfindən elə təlim görüb ki, çox peşəkar davranırlar. Heç kəsin başını belə qaldırmasına imkan vermirlər. Paşinyanı tək Ermənistan polisi  yox, diplomatik korpuslar və Qərb xüsusi xidmət orqanları qoruyur. Ona görə də, zəif, reavnşist müxalifət Ruisyanın köməyi ilə nəsə etməyə cəhd göstərsədə, bu ehtimal sıfıra yaxındır. Ancaq belə bir versiyanın baş tutması arzu olunan deyil. Onun yerinə gələcək şəxslər bütün nailiyyətlərin üstündən xətt çəkə bilər. Razılaşdırmadan imtina edə bilər. Əgər bu revanşistlər Şimal qonşumuzun köməyi ilə hakimiyyətə gələrsə, regionda Rusiyanın geosiyasi  maraqları öndə olacaq. Ona görə də, bu region dövlətləri üçün, Türkiyə və Qərb dünyası üçün arzuolunan deyil. Qərb öz maraqlarını nəzərə alaraq buna imkan verməyəcək. Gözlənilən də budur. Müxalifət zəifdir. Bunlar indi heç ana müxalifət də deyillər. Qarabağ klanı hay-küydən başqa heç nə etmir. 1500 nəfərdən artıq adam nümayişlərdə iştirak etmir. Bu da Paşinyan hökumətini devirmək üçün kifayət etmir".

N.Miri Paşinyana qarşı sui-qəsd cəhdinin də ola biləcəyini söyləyib:

 

"Siyasi çevriliş dinc yolla baş tutmayanda hərbi çevrilişə cəhd edilə bilər. Bu da Rusya üçün çətinləşir. Ermənistan Müdafiə Nazirliyində  də atəmizləmələr paralel aparılır. Bu proseslərə Qərbin xüsusi xidmət orqanlarını nəzarət edir. Digər tərəfdən sui-qəsd məsələsi gündəmdə ola bilər. Bunu da daxildə parçalanmalara səbəb olmaqla, kimlərinsə əli ilə etmək olar. Bunun baş tutub-tutmayacağını isə ancaq Allah bilər.Ancaq mən iğtişaşlar fonunda  Nikol Paşinyanın devriləcəyini düşünmürəm. Belə əlamət də görünmür. Çünki xalq  küçələrə çıxmır. Kütləvilik yoxdur. Populist  fikirlərlə atılıb-düşənlər revanşistlərlə 2-ci Qarabağ müharibəsində ölənlərin ailələridir. Başqa  elektorat yoxdur. Bununla da hakimiyyət çevrilişi etmək mümkün deyil".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi