Modern.az

Müharibənin 6-cı günü: Yeni hücuma hazırlıq, "Hamımız İsrail əsgəriyik"

Müharibənin 6-cı günü: Yeni hücuma hazırlıq,

Analitika

12 Oktyabr 2023, 09:20

Oktyabrın 7-də Fələstinin HƏMAS silahlı qruplaşmasının İsrailə hücum etməsi ilə başlayan toqquşma altı gündür davam edir.

 

Modern.az yerli rəsmilərə və mediaya istinadən toqquşma ilə bağlı ən son xəbərləri təqdim edir.

 

İsrail rəsmilərinin məlumatına görə, HƏMAS-ın şəhər və kəndlərə hücumu nəticəsində 1200 nəfər həlak olub, 2700-dən çox adam yaralanıb və çoxlu sayda insanı girov götürülüb. HƏMAS yaraqlılarının hücumuna cavab olaraq İsrail təyyarələri günlərdir Qəzzada hədəflərə zərbələr endirir.

 

Cümə axşamı səhər saat 4:30 radələrində İsrail ordusu Qəzzada HƏMAS-a aid hədəflərə "geniş miqyaslı zərbə" endirildiyini bildirib. Açıqlamada digər təfərrüatlar təqdim edilməyib.

 

Fələstin mediası bildirir ki, Qəzzada ölənlərin sayı 1200-ə çatıb, 5600-ə yaxın yaralı var.

 

Baydendən İrana xəbərdarlıq 

 

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun İsrailə davamlı dəstəyini nümayiş etdirmək, amerikalılar da daxil olmaqla əsirlərin azad edilməsini təmin etmək və daha geniş müharibənin başlamasının qarşısını almaq üçün dövlət katibi Antoni Blinkeni Yaxın Şərqə göndərməyə qərar verib. 

 

Blinken cümə axşamı İsrailə gedəcək və ardınca İordaniyaya səfər edəcək, lakin o, İordan çayının qərb sahilinə getməyi planlaşdırmır. Buna baxmayaraq, "Reuters" yazıb ki, o, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşəcək. 

 

Vaşinqtonda yəhudi icması liderlərinin iştirakı ilə keçirilən dəyirmi masada danışan Bayden deyib ki, İsrailə yaxın bölgədə hərbi gəmilər və təyyarələr yerləşdirməsi HƏMAS və Livandakı Hizbullahı dəstəkləyən İrana siqnal kimi qəbul edilməlidir.

 

"Biz iranlılara açıq şəkildə bildirdik: Diqqətli olun", - Bayden deyib.

 

İran nə deyir...

 

Qərbin bir sıra media orqanları İranın İsrailə qarşı əməliyyatların planlaşdırılmasında HƏMAS-a yardım etdiyini bildirir. Lakin "Reuters"in məlumatına görə, ABŞ kəşfiyyatının ilkin hesabatları göstərir ki, bəzi İran liderləri qrupun hücumundan təəccübləniblər.

 

İran HƏMAS-ın hücumlarında iştirak etmədiyini bildirib. İran prezidenti İbrahim Rəisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü telefon danışığı aparıblar. Bu, Tehran və Ər-Riyad arasında Çinin vasitəçiliyi ilə əlaqələrin bərpasına dair razılığın əldə edilməsindən sonra iki lider arasında ilk telefon danışığıdır. 

 

Onlar İsrail və HƏMAS arasındakı münaqişəni müzakirə ediblər. İran dövlət mediası bildirib ki, Rəisi və Səudiyyə vəliəhdi “Fələstinə qarşı müharibə cinayətlərinə son qoyulması zərurəti" barədə danışıblar.

 

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi olan SPA isə yazır ki, Səudiyyənin vəliəhdi “davam edən eskalasiyanı dayandırmaq məqsədilə Krallığın bütün beynəlxalq və regional tərəflərlə əlaqə saxlamaq üçün bütün mümkün səyləri göstərdiyini təsdiqləyib”. Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanının hər hansı bir şəkildə mülki insanların hədəfə alınmasına qarşı olduğunu bildirib.

 

"Hamımız İsrail əsgəriyik"

 

Çərşənbə günü İsrail liderləri HƏMAS-a qarşı mübarizəyə fokuslanmaq üçün kəskin siyasi fikir ayrılıqlarını bir kənara qoyub və birlik hökuməti yaradıblar. Keçmiş müdafiə naziri Benni Qantz İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə birlikdə İsrail televiziyasında çıxış edib.

 

"Bizim tərəfdaşlığımız siyasi deyil, bu, ortaq taledir. Hazırda biz hamımız İsrail əsgərləriyik", - o deyib.

 

Netanyahu bildirib ki, İsrail xalqı və onun rəhbərliyi həmrəydir. “Biz bütün fikir ayrılıqlarını bir kənara qoyduq, çünki dövlətimizin taleyi təhlükə altındadır".

 

Genişmiqyaslı hücuma hazırlıq 

 

İsrail HƏMAS-ın idarə etdiyi Qəzzaya qurudan hücuma hazırlıq məqsədi ilə bölgə yaxınlığında tank və zirehli texnika birlikləri yerləşdirib.

 

İsrailin müdafiə naziri Yoav Qallant HƏMAS-ı İŞİD terror təşkilatına bənzədib: "HƏMAS - Qəzzanın İŞİD-i adlanan bu şeyi yer üzündən siləcəyik. O, məhv ediləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir