Modern.az

Gürcüstan Fransa hərbi maşınlarını niyə Ermənistana buraxdı? - ŞƏRH

Gürcüstan Fransa hərbi maşınlarını niyə Ermənistana buraxdı? - ŞƏRH

Analitika

13 Noyabr 2023, 14:38

Fransa istehsalı olan 20-dən çox “ACMAT Bastion” zirehli maşını Gürcüstanın Poti limanı vasitəsilə Ermənistana gətirilib.

Ermənistan KİV-ləri bununla bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, siyasi ekspert Elxan Şahinoğlu Fransa silahlarının Gürcüstan vasitəsilə Ermənistana gətrilməsini şərh edib.

“Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi. Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. Demək Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi”.

Ekspert bildirib ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb.

“Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, “Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə, hərbi texnikanın keçidinə şərait yaratmalısan”. Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq Parisə “yox” cavabından daha faydalıdır. Halbuki, Gürcüstanın Ermənistana hədiyyəsini gərək unutmayaq”.


 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir