Modern.az

Rusiya diqqətini Ukraynanın şərqinə yönəldib - Kiyev nə düşünür?

Rusiya diqqətini Ukraynanın şərqinə yönəldib - Kiyev nə düşünür?

Analitika

14 Noyabr 2023, 13:46

Ukraynanın şərqində yerləşən Avdeyevka şəhəri ətrafında döyüşlər davam edir, Rusiya qüvvələri şəhərə hava bombardmanlarını gücləndirib və quru qoşunları ilə irəliləməyə çalışır.

 

Modern.az bu barədə Ukrayna ordusunun rəsmilərinə istinadən xəbər verir.

 

Rəsmilər Rusiya qüvvələrinin şəhər ətrafında böyük itkilər verdiyini bildiriblər. Məlumatda deyilir ki, Ukrayna qüvvələri 1000 km uzunluğunda olan cəbhə xəttinin digər yerlərində Rusiyanın hücumlarını dəf edib.

 

Rusiya 20 aydır davam edən müharibənin ilk günlərində Kiyevə doğru irəliləyə bilmədiyi üçün Ukraynanın şərqinə diqqət yetirib və oktyabrın ortalarında Rusiyanın nəzarətində olan şəhərdən 20 km aralıda yerləşən Avdiyevkanı ələ keçirməyə başlayıb.

 

"Döyüşlər hələ də davam edir. Son iki gündə işğalçılar Su-35 təyyarələrinin idarə olunan bombalarından istifadə etməklə hava zərbələrinin sayını artırıblar", - Ukrayna ordusunun sözçüsü Oleksandr Ştupun milli televiziyaya bildirib və əlavə edib:

 

"Düşmən getdikcə daha çox piyada qoşun gətirir. Amma dünən zirehli texnikanı yerləşdirməyə cəhd edəndə iki tank və 14 digər texnika məhv edilib".

 

Onun sözlərinə görə, Ukrayna qüvvələri nəhəng koks zavodu ilə tanınan Avdiyevka şəhərinə son 24 saat ərzində səkkiz hücumu dəf edib.

 

Şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaşın verdiyi məlumata görə, Rusiyanın şəhər ətrafındakı itkiləri minimum 3000-4000 ölü və daha 7000-8000 yaralıdır.

 

O, şəhərdə heç bir binanın bütöv olmadığını vurğulayıb. Müharibədən əvvəl 32.000 əhalisi olan şəhərdə 1500-dən bir qədər çox insan qalıb. Barabaş təxliyənin davam etdiyini, şəhərdəki xəstəxananın davamlı atəş altında işlədiyini və bir mağazanın açıq olduğunu vurğulayıb.

 

"Sadəcə, Avdiivka və onun strateji mövqeyi vacibdir, şəhər coğrafi cəhətdən yüksəklikdə yerləşir və siz Donetski... buradan görə bilərsiniz", - Barabaş bildirib. "Və bu onlara lazımdır", - o əlavə edib.

 

Ukrayna Baş Qərargahı axşam hesabatında bildirib ki, Avdiyevkanın şərqində yerləşən Maryinka şəhəri yaxınlığında Rusiyanın 15 hücumu, həmçinin şimal-şərqdə Baxmut yaxınlığında 11 və Ukraynanın şimal-şərqində yerləşən Kupyansk yaxınlığında 6 hücumu dəf edilib.

 

Rusiya rəsmiləri Baxmut şəhəri yaxınlığındakı irəliləmək istəyənlər Ukraynanın beş cəhdinin dəf edildiyini söyləyib.

 

Ukrayna Prezidenti Vladimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı cəbhədəki çətin vəziyyət barədə danışıb. Videomüraciət zamanı Zelenski hazırda 7 istiqamətdə vəziyyətin çətin olduğunu bildirib. Bunlar Avdiyevka, Maryinka, Baxmut, Liman, Kupyansk, Zaporojye və Xerson istiqamətləridir. 

 

Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədri Çarlz Braunla telefon danışığında Avdiyevka, Maryinka nə Kupyansk istiqamətlərində çətin vəziyyət olduğunu vurğulayıb.

 

“Vəziyyət mürəkkəbdir və idarə olunur. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri müəyyən istiqamətlərdə hücum əməliyyatlarını davam etdirir”, - deyə Zalujnı telefon danışığından sonra öz hesabında yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir