Modern.az

Separatçıların Bakıdakı “liderləri” Şahramanyanla danışıb nələr dedilər...

Separatçıların Bakıdakı “liderləri” Şahramanyanla danışıb nələr dedilər...

Analitika

30 Noyabr 2023, 15:14

Özünü buraxdığını elan etmiş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Qarabağdan qovulmuş separatçıların Bakıda həbsdə olan keçmiş “liderlər”ilə telefonla danışıb.

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə separatçıların qondarma “deputatı” David Qalstyan bildirib.

Qalstyan deyib ki, qondarma “Artsax”ın həbsdəki “liderləri” Şahramanyanla danışıqlar zamanı onlara hər hansı işgəncə verilmədiyini bildiriblər.


“Biz Samvel Şahramanyanla görüşüb həbs edilmiş “yüksək vəzifəli məmurlarımız”dan nə xəbər olduğunu soruşanda o, dedi ki, hər şey yaxşıdır, danışırlar. Bakıdan dedilər ki, səhhətləri normaldır, onlara işgəncə verilməyib”, - deyə David Qalstyan bildirib.
 

“Şahramanyan onlarla əlaqə saxlayıb, yoxsa “Artsax liderləri”nin özləri vasitəçilik yolu ilə zəng edib” sualına David Qalstyan detalları bilmədiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixdə keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının başçıları Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, David İşxanyan, Levon Mnasatkanyan, David Babayan, David Manukyan həbs edilərək Bakıya gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok