Modern.az

Məktəblərdə şagirdlərin temperaturu ölçülür

Məktəblərdə şagirdlərin temperaturu ölçülür

Analitika

6 Dekabr 2023, 15:22

Azərbaycanda, o cümlədən paytaxt məktəblərində qızılca xəstəliyi səbəbindən məktəb binasına daxil olarkən şagirdlərin temperaturlarının ölçülməsinə başlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu işlər qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində aparılır.

 

Bundan başqa, şagirdlərlə qızılca xəstəliyi mövzusunda maarifləndirici söhbətlər aparılır, şagirdlərə şəxsi gigiyenalarına xüsusi diqqət vermək tövsiyə olunur.

 

Qeyd edək ki, son günlər regionlarda və paytaxtda qızılcaya yoluxma hallarında artım müşahidə edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi