Modern.az

İrəvan Azərbaycan əleyhinə gizli fəaliyyətə son qoymalıdır, əks halda...

İrəvan Azərbaycan əleyhinə gizli fəaliyyətə son qoymalıdır, əks halda...

Analitika

9 Dekabr 2023, 09:32

Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəklərsə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilarlarda və müxtəlif dövlətlərdə Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətinə son qoymalıdır.

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Bakı və İrəvan arasında əldə edilən son razılaşmadan danışarkən deyib.

Ekspertin sözlərinə görə, İrəvanın Azərbaycan əleyhinə açıq və gizli fəaliyyətə son qoyub-qoymadığını tezliklə müşahidəedəcəyik:

“Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərginlik axarına qayıdacaq. Bundan başqa, xarici siyasi mərkəzlər də Azərbaycan əleyhinə “etnik təmizləmə” və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidirlər. Çünki onların bu addımları Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında belə bir cümlə var: “Beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”. Yəni bu cümləni belə də oxumaq olar: “Bəyan etdiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq istəyirsinizsə, iki ölkənin birgə səylərinə zərbə vuracaq siyasət yürütməyin, gərginlik yaradacaq açıqlamalar verməyin””.

E.Şahinoğlunun sözlərinə görə, Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, indi növbə Parisindir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok