Modern.az

İrəvan-Paris əməkdaşlığı İran və Rusiya prezidentlərini NARAHAT EDİR

İrəvan-Paris əməkdaşlığı İran və Rusiya prezidentlərini NARAHAT EDİR

Analitika

12 Dekabr 2023, 10:20

Məlum olduğu kimi, İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya bir günlük səfər edib. Məqsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq olub.

 

Modern.az xəbər verir ki, Rusiya rəsmi mediasının xəbərlərinə görə, Putin-Rəizi danışıqları işgüzar nahar zamanı baş tutub.

 

İranın “Mehr” xəbər agentliyi yazır ki, yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı ikitərəfli iqtisadi əməkdaşlığa dair məsələlər, regional və beynəlxalq gündəm, o cümlədən Fələstin-İsrail münaqişəsi, Cənubi Qafqaz regionunda vəziyyət  müzakirə olunub.

 

Rusiya mediasının məlumatına görə, prezidentlər Cənubi Qafqaz regionu ilə bağlı danışıqlara xüsusi diqqət yetiriblər.

 

Belə ki, müzakirələrin bu kontekstində Ermənistanın qərbyönlü siyasəti prezidentlər üçün əsas diqqətçəkən məqam olub. Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Tehran və Moskva üçün lazımdır, həm də Qərbsiz. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir. İrəvan-Paris əməkdaşlığının dərinləşməsi, xüsusilə Ermənistan-Fransa müdafiə əlaqələrinin güclənməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü Tehran və Moskvanı xüsusilə narahat edib.

 

Rusiya mətbuatında yayılan fikirlərə görə, İran özünü İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş hesab edir, lakin Ermənistanın qərbyönlü mövqe tutması Tehranda şübhələr yaradır. İddialara görə, Ermənistan qərbyönlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran Azərbaycanla daha sıx münasibətlər quraraq regional siyasi mühiti tarazlaşdırmağa çalışsın.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok