Modern.az

Azərbaycan cəmiyyəti ABŞ səfirinin Şuşaya səfərini GÖZLƏYİR

Azərbaycan cəmiyyəti ABŞ səfirinin Şuşaya səfərini GÖZLƏYİR

Analitika

13 Dekabr 2023, 12:28

ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb.

Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Mark Libbi və Fergus Auld görüşərək fikir mübadiləsi aparıblar.

Modern.az xəbər verir ki, Böyük Britaniya səfirliyində keçirlən görüş siyasi ekspertlərin də diqqətini çəkib.

Siyasi şərhçi Elxan Şahinoğlu səfirlərin növbəti dəfə ABŞ səfirliyində görüşəcəyini ehtimal edir.

“Amerikalı diplomat görüşdən məmnun qalıb. “Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm” – deyən səfir Mark Libbi bununla Vaşinqtonun əsas strateji müttəfiqinin London olduğuna işarə edib. Bu Azərbaycanın da maraqlarına uyğundur. Çünki Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır və London Vaşinqtondan fərqli olaraq Azərbaycanla münasibətlərə zərər verəcək addımlar atmayıb. Bu səbəbdən amerikalı diplomatların böyük britaniyalı həmkarlarının Cənubi Qafqaz siyasəti ilə bağlı məsləhətlərini dinləmələrinə ehtiyac var. Dövlət Departamenti rəsmilərinin Konqresdəki zərərli çıxışlarından sonra ABŞ-la Azərbaycan arasında yaşanan gərginliyin yumşalması üçün tərəflər səylərini davam etdirirlər”, - E.Şahinoğlu bildirib.


Ekspertin fikrincə, səfir Mark Libbi Bakıya təyin olduğu gündən xeyli fəaldır. Buna baxmayaraq, Vaşinqtonun atacağı addımlar Azərbaycanla münasibətləri daha üst səviyyəyə qaldıra bilər:

“Birincisi, Azərbaycan cəmiyyəti ABŞ səfirinin Qarabağa, o cümlədən Şuşaya səfərini səbirsizliklə gözləyir. Bu səfər reallaşmayana qədər Vaşinqtonun Azərbaycanla bağlı siyasətində “Vaşinqton Azərbaycandakı səfirinin Şuşaya səfərinə niyə icazə vermir” sualının aktuallığı azalmayacaq.
İkincisi, ABŞ şirkətlərindən hər hansı birinin digər ölkələrin şirkətləri kimi Qarabağda hər hansı quruculuq layihəsində iştirakı əhəmiyyətlidir.
Üçüncüsü, 907-ci düzəlişin yenidən qüvvəyə minməsinə baxmayaraq, ABŞ administrasiyası Azərbaycanla hərbi əməkdaşlığın yollarını tapmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok