Modern.az

Bakı-İrəvan təmaslarında yenilik: Şoltsun təkbaşına vasitəçiliyi nə vəd edir...

Bakı-İrəvan təmaslarında yenilik: Şoltsun təkbaşına vasitəçiliyi nə vəd edir...

Analitika

20 Fevral 2024, 09:06

16-18 fevral tarixlərində Prezident İlham Əliyev Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında iştirak edib. Dövlət başçımız səfər çərivəsində bir sıra görüşlər keçirib.

 

Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Qərbin vasitəçiliyi ilə keçirilən növbəti görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

 

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

 

Şolts əvvəllər Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Emmanuel Makronla birlikdə Azərbaycan və Ermənistan arasında vasitəçilik etsə də, təkbaşına vasitəçiliyi yenilik hesab edilir. Bu, Almaniyanın Cənubi Qafqazda nüfuz qazanması üçün bir neçə il əvvəl başlayan prosesin məntiqi davamıdır.

 

Bəs bu görüş necə dəyərləndirilə bilər? Şoltsun vasitəçiliyi nə vəd edir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Olaf Şolts Fransadan fərqli olaraq məsələyə obyektiv yanaşır:

 

“Cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi, eləcə də ikitərəfli şəkildə Paşinyanla görüşü sülhə doğru irəliləyiş kimi dəyərləndirilməlidir. Bu görüş zamanı bir sıra həlli vacib məsələlər müzakirə olunub. Şolts digər ölkələrdən, xüsusilə də, Fransadan fərqli olaraq mövzuya tərəfsiz yanaşır. Həqiqətən də, Cənubi Qafqazda sülhün olmasını istədiyini göstərir. Regionda sülhün olmasını ən çox istəyən və dəstəkləyən Azərbaycandır. Cənab prezident dəfələrlə xüsusi olaraq vurğulayıb ki, sülhün əldə olunması iki ölkə arasında olacaq. Bu baxımdan Şoltsun vasitəsilə keçirilən üçtərəfli görüş əslində ikitərəfli görüşün keçirilməsi üçün protokol kimi dəyərləndirilməlidir. Görüşlər ikitərəfli qaydada daha detallı həyata keçirildi. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın növbəti görüşü zamanıda Ermənistan öhdəliklərini yerinə yetirəcəyi və Azərbaycanın şərtlərini yerinə yetiricəyi halda düşünürəm ki, sülhə daha da yaxınlaşmış olacağıq. Sərhədlərin delimitasiyası ilə yanaşı xüsusuilə 8 kəndin geri qaytarılması, Zəngəzur dəhlizinin açılması məsələləri əsas mübahisə doğuran və həlli vacib məsələlərdir. İnanrıam ki, Azərbaycanın şərt kimi irəli sürdüyü məsələlər ən qısa zamanda öz həllini tapacaq və Ermənsitan özündə cəsarət taparaq bu öhdəlikləri həyata keçirəcək”.

N.Həmzəyev Azərbaycanın həyata keçirdiyi sülhə məcburetmə siyasətinin müsbət nəticə nümayiş etdirdiyini söyləyib:

 

“Xüsusilə də, COP-29 çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlət və təşkilatlar var. Azərbaycanın Cənubib Qafqazda yaratdığı yeni reallıqlar fonunda daha da gücləndiyi, cənab prezidentin rəhbərliyi altında çox uğurlu xarici siyasət yeritməyimizi deməyə imkan verir. Ermənsitanda çoxları bunu anları. O baxımdan nə qədər tez sülh əldə olunarssa, Ermənistan bu proseslərdə az-çox iştirakını təmin edə bilər. azərbaycanla sülh içərisində yaçamaq, əlaqələri qurmaq Ermənistanın varlığını gücləndirə biləcək. Əks halda Ermənistan özünü blokadaya salacaq. Zaman keçdikcə Ermənistan sülhün əldə olunması üçün yalvaracaq. Çünki faktiki olaraq, gedişat bunu göstərir. Bu baxımdan Münhendə keçirilən 3 və ikitərəfli görüşləri müsbət dəyərləndirirəm və əminliklə deyə bilərəm ki, Azərbaycanın həyata keçirdiyi sülhəməcburetmə siyasəti öz müsbət nəticələrini verməkdədir”.

 

Politoloq Turab Rzayev qeyd edib ki, Münhendəki üçtərəfli görüş Şarl Mişelə cavab olub:                                                                                                         

"Azərbaycan tərəfi ilk növbədə sübut etdi ki, sülhə hazırdır.  Lakin biz süni yox, real sülh danışıqlarının olmasını istəyirik. Azərbaycan uzun müddət rəsmi Brüssel xətti ilə görüşlərdə iştirak edirdi. Rəsmi Brüssel xüsusilə Azərbaycan tərəfinə fərqli yanaşmaqda israr etdi. Azərbaycan bir şərtlə Brüssel görüşlərinə qoşulmuşdu ki,  bu görüş Brüssel görüşünü əvəz etməyəcək.  Orada Almaniya və Fransada vardı. Granata sammitində  Almaniya, Fransa və Avropa İttifaqı əsas vasitəçi rolundaydılar. Ermənistan bu görüşə qatılsada, Azərbaycan tərəfi görüşdən imtina etdi.  Prezident seçkilərindən sonra Şarl Mişel İlham Əliyevə təbrikində Azərbaycanın Brüssel görüşündə yenidən iştirak edib-etməyəcəyi fikirlərini də soruşdu. Düşünürəm ki, bu səfər çox gözəl cavab oldu. Azərbaycan faktiki olaraq,  Brüssel formatından imtina etmədiyini əyani olaraq göstərdi. Burada Fransaya da mesaj var. Fransanın ermənipərəst mövqeyinin Azərbaycan tərəfindən  heç bir halda qəbul edilməyəcəyi, ona görə də Fransanın vasitəçiliyinə etirazımızın olduğu ortaya çıxdı. Avropa İttifaqının iki əsas ölkəsi kimi Fransa və Almaniya görüşlərdə iştirak etmək istəyirdi. Biz Almaniya vaasitəsilə görüşürüksə, bu göstərir ki, əsas məsələ Azərbaycanı qane etməyən məsələ Fransanın vasitəçiliyi olub".         

                      

 T.Rzayev Azərbaycanın qarşılıqlı, ikitərəfli görüşün tərəfdarı olduğunu vurğulayıb:                                                               

"Almaniyadakı bu görüş başlanğıc oldu. Növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan təkbətək görüşə bilər. Yaxud Gürcüstan kimi regional dövlətlərin vasitəçiliyi ilə görüşlər baş tuta bilər. Paşinyan verdiyi sözlərə sadiq olduğunu ifadə etdi. Ancaq bunun nə qədər reallığı əks etdirdiyini zaman göstərəcək. Çünki bundan əvvəl Paşinyan söz verdiyi halda ona əməl etməyib. İkinci Brüssel görüşündə Paşinyan Zəngəzur dəhlizinin dəmir yolu ayağının açılması ilə bağlı söz vermişdi. Halbuki, razılaşma olmasına baxmayaraq, iki il vaxt keçsə də, Ermənistandan bizə dəmiryolu keçəcəyi ilə bağlı konkret cavab gəlməyib. Hakbuki Azərbaycan aartıq Ağbəndə, Zəngilana qədər dəmiryolu xəttini çəkib. Bu da onu göstərir ki, Paşinyan bir çox hallarda razılaşmalar imzalasa da, daha sonra ona sadiq olmaya bilir. Münhendə bildirdi ki, Rusiya sərhədçilərinin Zəngəzur yolunda olması ilə bağlı heç bir hüquqi sənəd nəzərdə tutlmayıb. Halbuki,üçtərəfli bəyanatın 9-cu maddəsində yazıılıb ki, həmin yolu Rusiya Federal Təhlükəsizlik Xidməti qoruyacaq. Paşinyan öz siyasi çıxışlarında, əyanatlarında sabit deyil. Paşinyan verdiyi sözlərdə dayanıqlı olsa, sülh müqaviləsinin imzalanması yaxındır. İstənilən halda tərəflər Rusiya-Ukrayna savaşının hansı istiqamətdə davam eəcəyini, eyni zamanda ABŞ-dakı prezident seçkilərini gözləyəcəklər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok