Modern.az

"Ermənidən daha çox erməni olmaq": Makron xəyallarla yaşayır

Analitika

22 Fevral 2024, 13:32

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında görüş olub. Görüş zamanı Fransa rəhbərinin səsləndirdiyi fikirlər onun ermənipərəst mövqeyini bir daha göstərdi.

 

Belə ki, Fransa prezidenti Emanuel Makron Qarabağ ermənilərinin geri qayıtmalı olmasından və Ermənistanın hücumuna Azərbaycanın cavab tədbiri görməsindən danışıb. Hər iki məsələ ilə bağlı da qərəzli fikirlər səsləndirib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya məsələ ilə bağlı cavab verib. Bu ölkənin sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyi bəyan edilib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, Makronun belə arzularla yaşamasında problem yoxdur:

 

“Makron, əlbəttə ki, belə arzularla yaşaya bilər. O, erməniləri paltosunun cibinə yığıb hara istəsə, yerləşdirə bilər. Hətta Marseldə də yaxşı düzənliklər var. Orada hələlik çadır qurub, sonradan evlər tikərək erməniləri yerləşdirmək olar. Bu məsələdə biz Makrona kömək edə bilərıik. Çünki bu, humaintar işdir. Ermənilərin məskunlaşmasına biz də müəyyən dərəcədə dəstəyimizi verə bilərik. Makrondan belə bir təklif gələrsə, dəyərləndirmək olar”.

Komitə sədri Makronun erməniləri Azərbaycan ərazilərinə köçürə biləcəyinə inanmasını onun yanılması kimi qiymətləndirib:

 

“Makron erməniləri Qafqaza, Azərbaycan ərazilərinə qaytaracağına inanırsa, yanılır. Azərbaycan Fransanın ərazisində adam yerləşdirəcəyi, öz başınalıq edəcəyi dövlət deyil. Azərbaycan buna icazə verəcək  ölkə deyil. Azərbaycan özü ermənilərin qayıtması ilə bağlı təklif verib. Lakin bu təklif Azərbaycan konstitusiyasını və vətəndaşlığını qəbul edən ermənilərə şamil edilir. Hələlik ermənilərdən belə təklif yoxdur. Ona görə də mövzu indiki mərhələdə bizim üçün aktual deyil. Bütövlükdə ermənilərin qayıdıb-qayıtmaması prezidentin söylədiyi kimi heç bir vasitəçinin rəyi ilə olmur. Bu, ancaq Azərbaycanın istəyi ilə ola bilər.Məhz buna görə də vasitəçilik oyunbazlığından Fransa əl çəkməlidir”.

 

Politoloq Natiq Miri isə Makronun Qarabağdan öz xoşu ilə gedən ermənilərin yenidən Qarabağa qaytarılması məsələsini qaldırmasını belə şərh edib:

 

“Bu hadisə göstərir ki, Fransının Azərbaycana qarşı hansısa arqumentləri tükənib. Bu məsələ beynəlxalq hümanitar hüququn tərkibi hissəsi olaraq görüldüyündən Fransa lideri bundan xüsusilə yapışır. Bu, beynəlxalq səviyyədə dəstək görən məsələdir. Lakin bu, fikirlər yetərli deyil və birtərəfli qaydada səsləndirilir. Əgər söhbət müharibənin nəticələrindən gedirsə, onun ilk nəticələri Qarabağdan öz xoşu ilə gedən ermənilərdən yox, məhz Ermənistandan qovulan yüzminlərlə azərbaycanlıdan danışılmalıdır. Bu münaqişə ayrı-ayrı epizodik hadisələrlə xatırlana bilməz. Çünki məsələyə bütün bir mənəzərdən baxmaq lazımdır. Əgər müharibənin nəticələrinin ləğvindən söhbət gedirsə, ilk növbədə Azərbaycanlı soydaşlarımızın vaxtilə qovulduqları torpaqlara-Qərbi Azərbaycana qaytarılması məsələsi müzakirə predmeti olmalıdır”.

Politoloqun fikrincə, Makronkimilər erməniləri qayıtmağa məcbur etsələr də, onlar geri dönməyəcəklər:

 

“Öz xoşu ilə ərazini tərk edən ermənilər Qarabağa qayıtmaq istəyirlərmi?” sualına Makron cavab verməlidir. Onlar qondarma müstəqil subyekt olaraq, qayıtmaq istəyərlər. Ancaq bu, bir xülyadır. Ermənilərin konkret olaraq Azərbaycana qayıtmasına qadağa yoxdur. Sadəcə qayıdışın ilkin şərtləri varş Yəni Azərbaycan pasportunu, konstitusiyasını qəbul edən erməni Azərbaycana qayıda bilər. Ermənilər bunu qəbul etmir. Onlar təkcə qürur məsələsinə görə bundan imtina etmirlər. Sadəcə onlar yaxşı bilirlər ki, hər bir erməni ailəsi Qarabağda 30 il ərzində törədilən cinayətin tərkibi hissəsi olub. Bunu qarabağlılar da bilirlər. Belə olan halda qarabağlılarla yanaşı, qonşu kimi yaşamaq təhlükəsi ilə ermənilər üz-üzə qala bilərmi? Burada əsas önə çəkilən və ermənilərin qorxduğu məsələ budur. Makron kimiləri onları zorla Qarabağa qaytarmaq istəsələr də,ermənilər gəlməz və qorxularından Qarabağda yaşaya bilməz. Çünki cinayət törədən başçılarının bu gün Azərbaycan məhbəsxanalarında yatdığını hər kəs, hər bir erməni görür. Yəni cinayət cəzasız qala bilməz. Kim onu gözə ala bilərsə, heç bir problem yoxdur, Azərbaycan konstitusiyasını qəbul edib, Qarabağdakı evlərində yaşaya bilərlər. Nədənsə, bununla bağlı hər hansı bir istək yoxdur. Baxmayaraq ki, bəzi xarici amillər, başda da xain və fərari Makron olmaqla bu məsələdə erməniləri  təhrik etmək istəyirlər. Bu günə qədər bir erməninin Qarabağa qayıtması faktı eşidilibmi? Ona görə ki, cinayətkardılar. Hər biri qonşusu azərbaycanlıları satıb, yaxud ailə üzvlərindən birinin öldürülməsində dolayısı ilə iştirak edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb