Modern.az

Blinken və Leyen Paşinyana təhlükəsizlik vəd edə bilməz - ŞƏRH

Blinken və Leyen Paşinyana təhlükəsizlik vəd edə bilməz - ŞƏRH

Analitika

2 Aprel 2024, 14:12

“ABŞ dövlət katibi Entoni Blinken okeanın o tayından uzaq məsafə qət edib Ermənistanın baş naziri Nikol Paşinyanla görüş üçün xüsusi olaraq Brüsselə getmir”.

Modern.az xəbər verir ki, bunu siyasi təhlilçi Elxan Şahinoğlu aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşlə bağlı bildirib.

Ekspertin qənaətinə görə, bu görüşün mahiyyəti həddən artıq şişirdilir:
 

“ABŞ dövlət katibi Avropaya aprelin 1-də gedəcək, Parisdə Fransa prezidenti Emmanuel Makronla Ukrayna və Qəzza mövzularını müzakirə edəcək. 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Həmin toplantıdan bir gün sonra isə Brüseldə Paşinyanla görüşəcək. O ki qaldı NATO-ya, bu təşkilatın Ermənistana hansısa təhlükəsizlik təminatı verməsi üçün Şimali Atlantika Blokunun bütün üzv ölkələrinin, o cümlədən qurumun ikinci böyük dövləri Türkiyənin razılığı lazımdır. Ankaranın belə bir razılığı yoxdur”.

E.Şahinoğlu deyib  ki, NATO baş katibi Yens Stoltenberq bütün üzv dövlətlərin razılığını almadan təkbaşına Ermənistana təhlükəsizlik təminatı verə bilmək səlahiyyətinə malik deyil.

“Avropa İttifaqı da təhlükəsizlik təminatı verə bilməz, bu da onun səlahiyyəti xaricindədir. Ermənistana iki dövlət – ABŞ və Fransa nəsə vəd edə bilər. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmədən, Rusiya hərbi bazasından və sərhədçilərindən qurtulmadan ABŞ və ya Fransanın İrəvana verəcəyi təhlükəsizlik təminatı işləməyəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı