Modern.az

Tehran İrəvanın Bakı qarşısında duruş gətirməsini İSTƏYİR

Tehran İrəvanın Bakı qarşısında duruş gətirməsini İSTƏYİR

Analitika

10 Aprel 2024, 17:44

Ermənistanın baş naziri Nikol Paşinyan 5 aprel tarixli Brüssel görüşündə ABŞ və Avropa İttifaqından (Aİ) istədiklərini və arzuladıqlarını ala bilmədiyinə görə, Rusiya və İranın narahatlığını azaltmağa qərar verib.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan baş nazirinin aprelin 10-dakı açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Paşinyan parlamentdəki son çıxışında İrəvanla Moskva arasında münasibətlərin çətin dövrlərdən keçdiyini etiraf etsə də, ölkəsinin Rusiya ilə münasibətlərdə yanlış addımlar atmadığını vurğulayıb.

““Ermənistan Rusiya ilə mübahisə etmək fikrində deyil” deyən Paşinyan Ermənistanın Rusiya qarşısında öhdəliklərini yerinə yetirdiyini bildirib.

Nikol Paşinyanın bu sözləri Moskvada müsbət qiymətləndirilib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanı Rusiya Federasiyasının yaxın tərəfdaşı və müttəfiqi adlandırıb. Onun sözlərinə görə, Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çətindir. Peskovun iki ölkə arasında tarixi bağlılığıa işarə edərək “Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə bütün mürəkkəb anlar öz həllini dialoq çərçivəsində tapacaq” cümləsini işlətməsi Kremlin Paşinyana yumşaq təzyiq forması kimi qiymətləndirmək lazımdır. Kreml Ermənistanı itirmək istəmir”.
 

E.Şahinoğlu deyib ki, Nikol Paşinyan Tehranın da narahatlığını nəzərə alıb və İranın ünvanına da xoş sözlər deyib.

““İrəvan Brüssellə əməkdaşlığı Tehranla münasibətlər hesabına inkişaf etdirmir” deyən Paşinyan bununla İranı sakitləşdirmək istəyib. Paşinyan Ermənistanın Qərblə münasibətlərinin İran əleyhinə olmadığını vurğulayıb. Nikol Paşinyanın Brüsseldəki görüş və müzakirələri Moskvadan fərqli olaraq Tehranı onsuz da narahat etməyib. Doğrudur, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Brüssel görüşünü şərh edərkən bildirib ki, Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməməsi gərəkdir. Bunlar ümumi sözlərdir. Tehranın əsas istəyi Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsidir. Əgər ABŞ və Avropa İttifaqı Ermənistanı zəifləməsinin qarşısını alacaqlarsa, bu Tehranın da maraqlarına uyğundur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!