Modern.az

İsrail-İran qarşıdurması iki istiqamətdən biri üzrə GEDƏCƏK

İsrail-İran qarşıdurması iki istiqamətdən biri üzrə GEDƏCƏK

Analitika

14 Aprel 2024, 10:47

İranın İsrailə raker zərbələri endirməsi Tehranın imicini xilas etmək üçün idi. Çünki günlər keçir, İsrailə cavab verilmirdi, bu da beynəlxalq aləmdə İranın zəiflliyi görüntüsünü gücləndirirdi.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu ötən gecə İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlər tuşlayan İranın hərəkətlərini şərh edərkən bildirib.

“İran İsrail ərazisinə yüzlərlə raket tuşladığına baxmayaraq, İsrailə zərər böyük deyil, raketlərin əksəriyyəti havada neytrallaşdırılıb. Əgər İsrail raket zərbələrinə cavab verməsə, Tehran işini bitmiş hesab edəcək. Ancaq İsrail cəmi bir raketlə İranın konsulluq binasını dağıtmış, İran İslam Keşikçilərinin (SEPAH) generallarını öldürmüşdü. İranın raket zərbələri nəticəsində isə İsraildə ölən yoxdur. Yəni İranın cavabı adekvat olmadı, gücü bu qədərdir. Bu bir növ Amerikanın iranlı general Qasım Süleymanini öldürməsinə bənzəyir. İran intiqam vədi vermiş, ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket tuşlamışdı. Bununla da məsələ bitmişdi”, - E.Şahinoğlu deyib.


Ekspertin fikrincə, hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür və bu istiqamətləri İsrailin baş naziri Benyamin Netanyahu müəyyənləşdirəcək:

“Tehran məsələnin bitməsini istəyir, ancaq bunu Tel-Əviv istəyirmi, bəlli deyil. Birinci variant odur ki, Benyamin Netanyahu da Tehran kimi məsələni bitmiş hesab edəcək və İranla müharibəyə girişməyəcək. ABŞ prezidenti Cozef Baydenin də istəyi budur. Bayden Netanyahuya başa salmağa çalışacaq ki, “Sən vurdun, səni də vurdular, İsrailə zərəri olmadı, bu kifayətdir”.

İkinci variant isə odur ki, Netanyahu İranı yenə hansısa formada vurmağa çalışacaq. Bu isə genişmiqyaslı müharibənin başlamasına və Avrasiya bölgəsinin müharibəyə cəlb edilməsi demək olacaq. Tel-Əvivin Qəzza problemini həll etmədən İranla müharibəyə başlaması İsrailin maraqlarına cavab vermir. İki cəbhədə savaşmaq çətin olacaq. Məntiqlə Tel-Əviv İran məsələsini sonraya saxlamalıdır. Seçim Netanyahunundur”.

Siyasi şərhçi İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri ola biləcəyindən də danışıb:

“İ
srail İranın Suriyadakı konsulluq binasını vurduqdan sonra iranlı deputatlardan birinin “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” təklifi İsrail-İran qarşıdurmasının Azərbaycana təsir edə biləcəyinin ilk işartısı idi.
Əlbəttə, Azərbaycan olaraq biz bu qarşıdurmaya qarışmayacağıq, ancaq reallıq bundan ibarətdir ki, İranla münasibətlərimizdə suallarımız var, İsraillə isə tərəfdaşlıq münasibətlərimiz davam edir. İsrail-İran qarşıdurmasının davamlı hal alması və müharibəyə keçməsi ehtimalı İranın daxilində proqnozlaşdırması çətin olan hadisələrə səbəb ola bilər. İsrail İranın Suriyadakı konsulluq binasını hədəf alarkən, bunu da hesablamamış deyil, bəlkə də hədəflərindən biri bu olub. İranda qərar verən mərkəzlər bunu anlayıblar ki, İsrailə necə cavab verəcəyi barədə qərarda çətinlik çəkirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!