Modern.az

İlham Əliyev yeni status-kvo yaratdı, Zəngəzur dəhlizi də açılacaq! - Türkiyədən REAKSİYA

İlham Əliyev yeni status-kvo yaratdı, Zəngəzur dəhlizi də açılacaq! - Türkiyədən REAKSİYA

Analitika

20 Aprel 2024, 15:38

Aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların 8-ci görüşündə tarixi qərara imza atıldı. Tərəflər Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığa gəliblər. Söhbət 1992-ci ildən bəri Ermənistanın işğalı altında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən gedir.

Bu, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tnövbəti qələbədir: 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr tarixli antiterror əməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanması və 2024-cü il aprelin 19-da 4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat...

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Modern.az saytına açıqlamasında 19 aprel tarixli hadisəni Ermənistanla Azərbaycan arasında sülhə doğru atılmış çox mühüm addım adlandırıb.

"Kəndlərin qaytarılması önəmli hadisədir. Bu, Azərbaycanın tələbi idi. 4 kəndin qaytarılması ilə Azərbaycan tələbini birmənalı yerinə yetirmiş oldu. Hazırkı mənzərə müsbətdir. Ermənistan tərəfinin məsələyə pozitiv yanaşması da çox yaxşı haldır". 


Türkiyəli deputat bildirib ki, İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaratdı. Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycanın iradəsindən kənar Cənubi Qafqazda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür.

Şamil Ayrımın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycanla razılaşmaması, sülh müqaviləsi imzalamaması üçün daxildən və diaspordan təzyiqlər var. Amma Paşinyan hazırda ağıllı davranır. 

"Ermənistan artıq anlayır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bundan sonra hüzur içində yaşamaq üçün hər ölkənin torpağı özünə bəsdir. Azərbaycan bunu anlayır. Ermənistan da indiki davranışı ilə sülhə yaxın olduğunu göstərir. Ermənistanın bu qərarı xeyirli hadisə olub. Azərbaycanımız üçün xeyirli olsun. 4 kəndimizin Azərbayacana qaytarılması bizi sevindirdi. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!".  


Ş.Ayrım Zəngəzur dəhlizinin açılması məsələsindən də danışıb:
 



"Aprelin 18-də də vacib bir hadisə yaşandı. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldı. Artıq demək lazımdır ki, Azərbaycan torpaqlarında belə bir xarici gücə ehtiyac qalmayıb. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlıları Qarabağa gəlmişdi. Onlar burada 5 il qalmalıydı. Amma ərazini daha tez tərk etdilər. 

İndi ən vacib hadisələrdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Tərəflərin bu məsələni sağlam formada həll edəcəklərinə inanıram. Çünki Qafqazda sülh daimi olmalıdır. Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsi, eləcə də İran-İsrail gərginliyi göz qabağındadır. Regionumzda gərginliyin olması heç kəsə xeyir gətirməz.  Zəngəzur dəhlizi açılacaq. Azərbaycan sülh müqaviləsi imzaladıqdan sonra inşallah, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması məsələsi də həllini tapar. Biz 2010-cu ildə olduğu kimi, Azərbaycanı küskün salmaq  istəmirik". 

Şamil Ayrımın sözlərinə görə, Azərbaycan Respublikası Prezident İlham Əliyevin simasında güclü liderə malikdir və inamla irəli addımlayır:

"Cənab İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirdi, 2020-ci ildən başlayaraq ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, torpaqları kəndbəkənd, şəhərbəşəhər, hətta qarış-qarış geri aldı. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə tamamlandı. Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə Qalib Lider kimi qızıl hərflərlə yazıldı".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu