Modern.az

SEPAH çalışacaq ki, növbəti prezident Rəisinin siyasi xəttini davam etdirsin

SEPAH çalışacaq ki, növbəti prezident Rəisinin siyasi xəttini davam etdirsin

Analitika

20 May 2024, 15:51

İran Prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. O və helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti qəza nəticəsində həlak olub.

 

İran İslam Respublikası konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident vəzifədə olarkən vəfat edərsə, dövlətin bütün işlərində son söz sahibi olan ali rəhbərin təsdiqi ilə birinci vitse-prezident vəzifəyə keçir.

 

İranın hazırkı birinci vitse-prezidenti Məhəmməd Muxbardır. O, 1955-ci il sentyabrın 1-də anadan olub. Əli Xameneinin yaxın adamlarından hesab edilən Muxbar 2021-ci ildə ölkənin birinci vitse-prezidenti təyin edilib.

 

Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Mirbəşiroğlu bildirib ki, İran Prezidentinin helikopterinin qəza enişi etməsi dəhşətli hadisədir:

 

"Bu məsələyə, ölkə başçısının dünyasını dəyişməsinə görə İran xalqına başsağlığı veririk. Azərbaycan Prezidenti məsələyə dərhal reaksiya verib, kədərləndiyini söylədi. Kömək üçün hər şeyə hazır olduğumuzu məhz birinci olaraq cənab Prezident İlham Əliyev elan etdi".

E.Mirbəşiroğlu hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən birinci vitse-prezident Məhəmməd Muxbarın prezident seçilib-seçilməyəcəyindən danışıb:

 

"İran qanunvericiliyinə görə ölkə başçısı səlahiyyətlərini icra edə bilmirsə, onu ölkənin Birinci vitse-prezidenti əvəzləyir. 50 gün müddətində yeni Prezident seçilməlidir. Bu baxımdan hesab edirəm ki, arada olan müddət ərzində İranda prezident seçkiləri təşkil ediləcəkdir. Bu, sözsüz ki, qanunvericiliyin tələbidir. Eyni zamanda bu, İranın özü üçün strateji əhəmiyyətli məsələdir. Birinci vitse-prezident Məhəmməd Muxbarın mahiyyət etibarilə namizədliyini irəli sürüb seçkilərdə iştirak etməsini məhdudlaşdıran heç bir amil mövcud deyil. Sözsüz ki, onun namizədliyini irəli sürüb seçkilərdə iştirak edib-etməyəcəyini, seçilib-seçilməyəcəyini birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Qarşıdakı günlərdə bununla bağlı aydın təsəvvürlər formalaşacaq".

Politoloq Elxan Şahinoğlu deyir ki, iki ay ərzində seçkilər keçirilməlidir:

 

"Yenidən siyasi həyatda İranda gərginlik ola bilər. Son seçkilərdə İranda seçkidə iştirak edənlərin sayı da az idi. Sanki İran vətəndaşlarının bir qismində seçkiyə ümid azalıb. İbrahim Rəisi son seçkidə qalib gəlsə də, çox az qism İran vətəndaşı səs verdi. İndi də yəqin ki, mühafizəkarlarla şərti liberallar arasında rəqabət mühiti yaranacaq. Böyük ehtimalla İranda hərbiləşmiş dairələr, yəni SEPAH çox çalışacaq ki, növbəti prezident də İbrahim Rəisinin siyasi xəttini davam etdirsin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi