Modern.az

Gürcüstan Azərbaycanın yolu ilə gedəcək? - 2030-cu ilə qədər Abxaziya və Osetiya...

Gürcüstan Azərbaycanın yolu ilə gedəcək? - 2030-cu ilə qədər Abxaziya və Osetiya...

Analitika

5 İyun 2024, 13:03

Gürcüstan Baş naziri İrakli Kobaxidze 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiya problemini həll edərək, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırdıqlarını bəyan edib.

 

İrakli Kobaxidze 26 may Müstəqillik Günü ilə bağlı çıxışında deyib ki, məqsədləri “vəd edilmiş torpaqlar”ın qaytarılmasını və ya “gürcü arzusu”nu Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə reallaşdırmaqdır.

 

Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: "2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tam hüquqlu üzvü olmalıdır".

 

Beləliklə, Gürcüstan özü üçün yeni hədəf müəyyən edib. Bəs bu nə qədər real görsənir? Gürcüstan bu məsələdə Azərbaycanın yolunu izləyə bilərmi?

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Gürcüstan Abxaziya və Osetiyanın qaytarılması istiqamətində Azərbaycanın yolunu gedə bilməz:

 

“Gürcüstan tərəfi  Abxaziya və Osetiyanı güc yolu ilə qaytaraq niyyətində deyillər. Ona görə də bunlar  Azərbaycan yolunu istisna edirlər. Digər yandan da axı Rusiya Ermənistan deyil. Ona görə də bu yolu seçməyiblər. Hansı yolla bu torpaqları qaytaracaqlar deyə bilmərəm. Amma hələ ki ortada bununla bağlı inandırıcı arqumentlər ortada yoxdur”.

 

Politoloq Nazim Cəfərsoy isə vurğulayıb ki, torpaqların qaytarılması üçün Rusiya ilə münasibətlər balanslaşdırılmalıdır:

 

“Praktikada bu Rusiya və Gürcüstan arasındakı əlaqələrdən asılıdır. Əgər Gürcüstan Rusiya ilə münasibətləri balanslaşdıra bilsə, bu, mümkün görünə bilər. Bugünkü şərtlərdə Rusiya-Gürcüstan münasibətləri Abxaziya və Osetiyanı qaytarmaq üçün o qədər də yaxşı deyil.  Eyni zamanda  münasibətlər Abxaziya və Osetiyanın itirilməsi zamanı olduğu qədər də pis deyil. O dövrlə müqayisədə Rusiya ilə münasibətlərdə balanslaşmalar, yaxşılaşmalar başlayıb. Bu prosesin motivlərinə baxdıqda, Gürcüstan Rusiya ilə münasibətləri mümkün  qədər  normallaşdırmağa, eyni zamanda Ukrayna müharibəsində Qərblə birgə hərəkət etməyə çalışır.  Ancaq bu çərçivədə siyasi vəd  kimi görünür.. Bunun praktiki nəticəsini önümüzdəki dönəmdə görə bilərik. Rusiya ilə Gürcüstan arasında Osetiya və Abxaziyanın geri qaytarılması istiqamətində müəyyən müzakirələr başlaya bilər. Rusiyanın prespektivindən baxanda  Abxaziya və Osetiya ilə əlaqədar prosesdə Kırımdakından fərqli davranır. Çünki Rusiya  Kırım və Donbassı özünə birləşdirib. Ancaq Gürcüstanda  bu cür  referundumları əngəllədi.  Abxaziya və Osetiyadakı separatçı rejimlər  referundum edib, Rusiyanın tərkibinə qatılmaq niyyətində idilər. Rusiya o prosesi dayandırdı. Buna icazə vermədi. Əslində bu da göstərir ki, Rusiya və Gürcüstan arasında bu məsələ gündəmə aktual şəkildə gələ bilər”.

Politoloq Rusiyanın Abxaziya və Osetiyanı qaytarmasının onun nüfuzuna müsbət təsir edəcəyini düşünür:

 

“Situasiya fərqli də olsa, Rusiyanın Qarabağdakı müharibəyə münasibətinə nəzər yetirək. Rusiya Qarabağda gedən müharibədə proseslərə mane olmadı. Zaman-zaman əməkdaşlıq imkanları ortaya çıxdı. Azərbaycan tərəfindən Qarabağın qaytarılması, Rusiyanın məsələlərə müdaxilə etməməsi və Ermənistana dəstək verməməsi ümumi  olaraq Rusiya Azərbaycan münasibətlərini normallaşdırdı. Rusiyaya yönəlik Azərbaycandakı  sual işarələrin, neqativ fikirlərin azalmasına xidmət etdi. Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasına xidmət etdi. Bu mənada Rusiyayla Gürcüstan arasında da bu cür prosesin baş verməsi  Rusiyanın imicinə, durumuna  müsbət təsir etmə ehtimalı var. Bu da Rusiyanın dünyada nüfuzunun yaxşılaşmasına xidmət edə bilər. Cənubi Qafqazda Rusiyanın nüfuzu ilə bağlı neqativ məqamların aradan qalxmasına  səbəb ola bilər. Amma bu müzakirə mövzusu olacaq. Hələ məsələ müzakirə olunacaq. Detallar məlum deyil. Düşünürəm ki, Gürcüstanda “Qarabağ” modeli gündəmə gələ bilər.  Yəni Rusiya Gürcüstan münasibətləri normallaşa bilər, ondan sonra  Rusiya Abxaziya və Osetiya məsələsini masaya yatıra, yaxud  Gürcüstanıın bu əraziləri geri qaytarmasına göz yuma bilər. Bu da Gürcüstanın  Rusiyanın bölgədəki bəzi maraqlarını təmin etdikdə mümkün ola bilər.  Hərbi baza və ya digər məsələlərlə bağlı iki ölkə arasında müəyyən razılıqlar əldə olunsun”.

 

N.Cəfərsoy Kobaxidzenin çıxışının iki məsələ ilə əlaqəli olduğunu qeyd edib:

 

“Gürcüstanda önümüzdəki dövrdə seçkilər olacaq. Bu açıqlamanın səbəbi həm də seçim öncəsi dəstəyi artırmaqdır. Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulundan sonra siyasətdə gərginliklər var. Gürcü Arzusuna buna görə həm daxildə, həm də xaricdə reaksiya var. Ona görə bu açıqlamalar  həm də bu durumu yumşaltmağa yönəlib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var