Modern.az

Banqladeşdəki etirazlar iki dövləti üz-üzə qoyub...

Banqladeşdəki etirazlar iki dövləti üz-üzə qoyub...

8 Avqust 2024, 15:59

Banqladeşdə yüzlərlə insanın ölümü ilə nəticələn etirazların arxasında müxtəlif güclərin olduğuna dair iddialar səslənib. Bu etirazlar Banqladeşi xaosa sürükləyib, baş nazir ölkədən qaçıb, müxalifət lideri həbsdən azad edilib, prezident həbs olunan etirazçıları azad etmək məcburiyyətində qalıb. Bəzi ekspertlər bu hadisələrin qəfil baş verməsinin təsadüfi olmadığı qənaətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq qeyd edib ki, Hindistan Pakistanı Banqladeşdəki etirazlara qoşulmaqda ittiham edib:

 

“India Today” nəşri Banqladeş Millətçi Partiyasının sədr müavini Tarik Rəhmanın Səudiyyə Ərəbistanında ölkənin keçmiş baş naziri və müxalifətdəki Banqladeş Milli Partiyasının lideri Xalidə Ziya və onun üzvləri ilə görüş keçirdiyi xəbərini yayıb. Etirazları başladan tələblər içərisində radikal dini cərəyanların nümayəndələrinin olduğuna dair iddialar səslənib. Camaate İslami tələbə qanadının adı çəkilib. Nəşrin bir başqa iddiasına görə, Pakistan Banqladeşdə özünə yaxın siyasətçilər qrupunu hakimiyyətə gətirmək istəyir. Pakistan bu iddiaları rədd edib. 

 

Dehli Banqladeşdə hakimiyyətin müxalif qrupların əlinə keçməsini istəmir. Çünki Hindistan hökuməti hesab edir ki, Banqladeşdə hökumətin devrilməsi nəticəsində hakimiyyətə gələcək qruplar Pakistanla sıx tərəfdaşlıq münasibətləri quracaqlar. Banqladeş qonşu ölkələrlə balanslı siyasətə üstünlük verir. Bu Banqladeşin təhlükəsizlik maraqlarına uyğundur. Ona görə də Banqladeşdə formalaşacaq yeni hökumətin balanslı xarici və təhlükəsizlik siyasətdən imtina edəcəyi ehtimalı azdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri