Modern.az

2024-cü il: Dünya əhalisi seçim qarşısındadır - SİYAHI

2024-cü il: Dünya əhalisi seçim qarşısındadır - SİYAHI

Analitika

23 Avqust 2024, 16:59

2024-cü ildə təxminən 4,2 milyard insanın yaşadığı ölkələrdə seçkilər keçirilir. Bununla da tarixdə ilk dəfə 1 il ərzində dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkələrdə seçkilər baş tutur. Ümumilikdə 70-dən çox ölkə cari ildə seçki həyəcanı yaşayır. Seçki yarışı Avropa və Amerikadan tutmuş Afrika və Okeaniyanın, Asiyanın ən ucqar ölkələrinə qədər yayılmaqdadır.

 

Böyük Britaniya, Fransa, İran, Hindistan kimi ölkələrdəki seçkilər şərhçilər tərəfindən xüsusilə tarixi əhəmiyyətə malik seçkilər kimi qiymətləndirilir. Təbii ki, bütün dünyanın gözləri noyabrda baş tutacaq ABŞ-dakı seçkilərə yönəlib. Qlobal supergücə kimin rəhbərlik edəcəyi bütün bəşəriyyətin taleyinə təsir edəcək. Dünyanın əksər ölkələrindəki seçkilər isə hakimiyyət dəyişikliyinin baş verib-verməyəcəyi baxımından maraq doğurur.

 

Qeyd etmək lazımdır ki, 2024-cü ildə prezident və parlament seçkiləri ilə yanaşı, bir sıra ölkələrdə yerli seçkilər və referendumlar da baş tutacaq. Məsələn, qardaş Türkiyədə 31 martda keçirilmiş bələdiyyə seçkiləri siyasi önəmi baxımından prezident və parlament seçkilərindən heç də geri qalmadı. Digər tərəfdən, müxtəlif ölkələrdə seçkilərin olması dünya əhalisinin siyasi aktivliyinin artmasına və ümumi fəallığa da təsir göstərən amildir.

 

Birləşmiş Krallıqda 14 illik fasilədən sonra Leyboristlərin hakimiyyətə qayıtması, Fransada sol ittifaqın ikinci turdakı böyük zəfəri, İranda islahatçıların iqtidar olması böyük dəyişikliklərdən xəbər verir. Seçki marafonu bu il Cənubi Qafqazdan da yan keçməyib. Azərbaycanda 7 fevralda prezident seçkiləri keçirilib, 1 sentyabrda isə parlament seçkiləri baş tutacaq. Gürcüstan isə oktyabrdakı parlament seçkilərinə hazırlaşır.

 

Modern.az bu il dünyada keçirilmiş və keçiriləcək seçkiləri araşdırıb.

 

Aşağıdakı cədvəllərdə 2024-cü ildə regionlar üzrə hansı ölkələrdə prezident və parlament seçkilərinin keçirildiyi və ya keçiriləcəyi seçki tarixləri ilə birgə təqdim olunub. Siyahıda yerli seçkilərə və referendumlara yer verilməyib.

 

 

1373631

1373635

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi