Modern.az

Lavrov Ermənistan cəmiyyətinin könlünü almaq istəyir!

Lavrov Ermənistan cəmiyyətinin könlünü almaq istəyir!

Analitika

9 Sentyabr 2024, 17:40

Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilən tədbirdə Qarabağla bağlı bir sıra fikirlər səsləndirib.

 

O, "Dağlıq Qarabağ problemi"nin Ermənistan tərəfindən həll edildiyini iddia edib. "2022-ci ilin sonunda (6 oktyabr 4-tərəli Praqa görüşü nəzərdə tutulur – red.) Ermənistan rəhbərliyi Avropa İttifaqının iştirakı ilə Azərbaycanla 1991-ci il sərhədlərinin tanınması haqqında saziş imzalamaqla Dağlıq Qarabağ problemini həll edib", - Lavrov deyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Sergey Lavrov Ermənistan cəmiyyətinin könlünü almaq istəyir:

 

"Sergey Lavrovun çıxışı Rusiya Prezidentinin bəyanatlarına ziddir. Çünki dəfələrlə, bəyanat eşitmişik ki, Qarabağ Azərbaycanın tərkibi hissəsidir. Hesab edirəm ki, Lavrov sadəcə olaraq, erməni auditoriyasının könlünü almaq və anti-Paşinyan fikirləri gücləndirmək üçün bu cür bəyanatlar verir. Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq, Qarabağa aid mövqeyi bəllidir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Burada istər Ermənistan, istər digər öğlkələrin fikirlərin ikinci dərəcəli əhəmiyyət kəsb edir. Çünki Qarabağ üzərində Azərbaycanın suverenliyi var. Bundan əvvəlki bəyanatlar Ermənistan cəmiyyətində tənqid dalğası yaradıb, bunu dayandırmaq üçün  belə əsassız bəyanatlar verilib".

Tofiq Zülfüqarov vurğulayıb ki, Azərbaycan belə çıxışlar fikir verməməlidir:

 

"Hesab edirəm ki, bu cür bəyanatlara heç fikir verməməliyik. Biz öz suveren hüquqlarımızı çox yaxşı bilirik.  Rusiya və digər ünvandan səslənən fikirlərə bəlkə də, önəm vermək lazım deyil. Dedi, dedi də. Kim nə  istəyir desin. Azərbaycan dövlət və xalq olaraq Qarabağdadır. Məsələ bitib. Bu məsələnin arxasınca kimsə hansı fikirləri bildirir, əslinə qalsa, bizi maraqlandırmır".

 

Lavrovun açıqlamasına politoloq Eldar Namazov da münasibət bildirib. "Qarabağ problemi nə Ermənistan, nə də Nikol Paşinyan tərəfindən “həll edilməyib”. Ərazi bütövlüyümüzün bərpası, torpağımızda separatizmin kökünün kəsilməsi Azərbaycan dövləti tərəfindən həll edilib. Ordunun gücü və şəhidlərin qanı ilə! Orada “bitirməyə” heç nə qalmayıb", - Eldar Namazov qeyd edib.

 

O qeyd edib ki, xarici işlər nazirinin öz prezidentindən nümunə götürməsinin vaxtı çoxdan çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər