Modern.az

Qiyamçı keşişin növbəti sərgüzəşti - Baqrata inanların sayı AZDIR

Qiyamçı keşişin növbəti sərgüzəşti - Baqrata inanların sayı AZDIR

17 Sentyabr 2024, 17:39

Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan ötən gün parlament müxalifəti ilə görüş keçirib. O, parlamentin “Hayastan” və “Şərəfim var” fraksiyaları ilə görüşüb. Görüş Ermənistan parlamentində baş tutub.

 

Ermənistanın müxalifət partiyaları həm parlamentdə, həm də küçə mübarizəsində hərəkata dəstək verməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Baqrat bu müddət ərzində müxtəlif sahələrin nümayəndələri ilə görüşün nəticələrini də təqdim edib, görülən işlərdən əvvəl hərəkatın gələcək fəaliyyəti də müzakirə olunub.

 

Qiyamçı keşiş bundan əvvəl Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla da görüşüb.

 

Qeyd edək ki, keşiş Baqrat Srbazan sentyabrın 22-də İrəvan idman-konsert kompleksində böyük toplantı keçirməyə hazırlaşır.

 

Maraqlıdır ki, bu dəfə etirazçılar istəklərinə nail ola biləcəklərmi? Paşinyan hökuməti tab gətirə biləcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, keşiş Baqratın budəfəki etiraz aksiyalarına da Paşinyan hökuməti dözəcək:

 

"Ermənistan hökuməti etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazanın başlayacağı növbəti etiraz dalğasına da dözəcək. Paşinyan hökumətinin keçən müddətdəki aksiyalardan öz xeyrinə istifadə etdiyi məlumdur.Bu cür etiraz aksiyaları qismən idarə olunur və öz xeyrinə istifadə edilir. Ermənistanın mütləq olan adadımları atmaması səbəbindən, guya müxalifət etiraz edir. Bunlar həmişə olduğu kimi vəziyyəti öz xeyirlərinə idarə edirlər. Doğrusu, mən hansısa ciddi nəticələrin olacağını gözləmirəm. Bəlli oldu ki, bu və ya digər şəkildə "müxalifət" Ermənistan daxilində və xaricdən müxtəlif qüvvələr tərəfindən idarə olunur. Bunlar ümumi proseslərin tərkibi olacaq. Teatrda olduğu kimi dekorasiyanın bir növüdürlər".

Sabiq nazir onu da qeyd edib ki, bu dəfə keşiş Baqrata inananların sayının az olduğu görünür:

 

"Bəzi insanlar aksiya təşkilatçılarına inanır. Lakin,təbii olaraq, aksiyaları təşkil edənlər buna siyasi üsul kimi baxır. Onların  maraqlarına uyğun şəkildə bu proses davam oluna bilər. Amma hiss olunur ki, keçən dəfə olduğu kimi insanlar bunlara böyük dəstək vermirlər. Keşiş və yanındakılar hansısa qüvvələrin oyuncağı kimi ictimaiyyət tərəfindən qəbul olunurlar. Hər halda hadisələr göstərəcək ki, heç bunun dalınca gedənlər olacaq, yoxsa yox".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu