Modern.az

"Rusiyada kimin səfir olması önəmli məsələdir"

"Rusiyada kimin səfir olması önəmli məsələdir"

28 Oktyabr 2024, 10:28

Azərbaycanın Rusiyadakı səfiri 18 ildən sonra dəyişib. Belə ki, 2006-cı ildən səfir vəzifəsini tutan Polad Bülbüloğlu Milli Məclisin deputatı seçilib və buna görə geri çağırılıb. Onun əvəzinə Rəhman Mustafayev təyin edilib.

 

Həmçinin, Sankt-Peterburq şəhərindəki baş konsul Sultan Qasımov da vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

 

Azərbaycanın Rusiyadakı səfirinin kim olması hər zaman önəm daşıyıb. Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Rusiyanın yeni səfiri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni töhfə verəcək:

 

“Rusiyadan səfirimiz və Baş konsulumuz geri çağırılıb. Dövlət başçımızın 1 oktyabr sərəncamı ilə Rəhman Mustafayevi Azərbaycan Respublikasının Rusiya Federasiyasında yeni fövqəladə və səlahiyyətli səfir təyin olunub. Baş konsulluğa da yeni, təcrübəli diplomatımız təyin olunacaq. Yeni təyin olunmuş səfirimiz Avropanın bir neçə ölkəsində dövlətimizi layiqincə təmsil edib. Bu baxımdan yeni səfirimiz Rəhman Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni bir töhfə verəcəyini hesab edirəm”.

A.Badamov vurğulayıb ki, ölkəmizi Rusiyada layiqincə təmsil etmək böyük məsuliyyətdir:

 

“Rusiya bizim yaxın qonşumuz və müttəfiqimizdir. Azərbaycan-Rusiya münasibətləri günü-gündən güclənməkdədir. Bu, siyasi,iqtisadi, humanitar,  mədəni  və digər sahələri əhatə edir. Bu baxımdan Rusiya Federasiyasında səfir və baş konsul işləmək daha məsuliyyətlidir. Həm də Rusiya ən çox soydaşımızın yaşadığı ölkələrdən biridir. Bu baxımdan həm soydaşlarımızın hüquqlarının qorunması, həm də ölkələrarası münasibətlərin inkişaf etdirilməsi kimi məsuliyyətli vəzifələr səfirliyimiz və konsulluğumuz tərəfindən icra olunur. O cümlədən ölkəmizi Rusiyada layiqincə təmsil etmək də böyük məsuliyyətdir. Bu baxımdan yeni təyin olunmuş səfir və təyin olunacaq baş konsul özlərinin diplomatik təcrübələrini ortaya qoyaraq etimad göstərilmiş vəzifənin öhdəsindən layiqincə gələcəyini hesab edirəm”.

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyada səfirin və konsulun kim olması məsələsi önəmlidir:

 

“Əlbəttə, Rusiyada səfirin və konsulun kim olması məsələsi önəmlidir. Peşəkar diplomatlar olmalıdır. Rusiya Azərbayanın şimal qonşusudur, tərəfdaşlıq münasibəltərimiz var. Bu münasibətlər getdikcə genişlənir. Biz Rusiya ilə müansibətlərin gərginləşməsini istəmirik. Gələcək səfir və konsul məhz Azərbaycan-Rusiya bərabərhüquqlu münasibəltərinin inkişafı yolunda çalışacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu