Mayın 7-də Hindistan Pakistanı hava hücumuna məruz qoyub. Pakistan tərəfinin məlumatına görə, həmin vaxt 26 mülki şəxs həlak olub, 47 nəfər yaralanıb. Hava zərbələri Pakistanda bir neçə məscidin dağılmasına da səbəb olub.
Bundan sonra Pakistan cavab addımı atıb, Hindistanın 5 hərbi təyyarəsini vurub və bir komanda-qərargah məntəqəsinin məhv edib.
Mayın 10-da isə Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edilir və
Pakistan Silahlı Qüvvələrinin Hindistanda çoxsaylı strateji hədəfləri vurduğu və Bisadakı “BrahMos” raket anbarının məhv etdiyi bildirilir.
Elə həmin gün hər iki ölkə arasında atəşkəs barədə razılıq əldə edilib.
Hindistan tərəfi Pakistanın hava hücumları zamanı türk PUA-larından istifadə etdiyi barədə açıqlama verib.
Məhz türk silahları Hindistanın Fransadan aldığı qırıcıları dəqiqliklə zərərsizləşdirib.
Bu da əslində növbəti dəfə Türk müdafiə sənayesinin Fransanı kölgədə qoymasıdır.
"Türkiyənin hərbi baxımdan Pakistana dəstəyi davam edəcək"
Modern.az-a açıqlamasında türkiyəli ekspert Yücel Karauz bildirib ki, Türkiyə ilə Pakistan dost və qardaşdır:
"Eləcə də iki ölkə ən yüksək səviyyədə stratejik əməkdaşdır. Xüsusilə də,Türkiyənin Pakistana 2025-ci ildə həm diplomatik, həm də hərbi baxımdan dəstəyi artıb. Hindistanla Pakistan arasında baş verən hərbi toqquşmalar zamanı Türkiyənin bu istiqamətdəki dəstəyi özünü göstərib. Silah sistemində dəstək önəmlidir, lakin diplomatik kömək və əməkdaşlıq da çox vacibdir. Mayın 7-də Pakistan Baş naziri ilə görüşdə Türkiyə tərəfi Pakistanın yanında olduğunu,məsələnin həllinə yönəlik sülhpərvər cəhdlərə davam edəcəyini ifadə edib. Türk xalqının Pakistan xalqının yanında olacağı ifadə edilib. Bu, vacibdir”.
“Fransız qırıcılarını türk silahları zərərsizləşdirdi. Pakistan tək deyil”
Y.Karauz vurğulayıb ki,son illər ərzində "Bayraktar TB2", "Akınçı Tiha" pilotsuz uçuş aparatları Pakistana təslim edilib:
"Bu işbirliyi hər sahədə davam etməkdədir. O baxımdan Türk müdafiə sənayesinin məhsulları Pakistanın əmrindədir. Çünki Pakistan bizə dost və qardaş ölkədir. Fransız qırıcılarının zərərsizləşdirilməsi, onların elektronik müharibə baxımından korlaşdırılması istiqamətində də Türkiyə önəmli dəstək verib. Bu sahədə dəstək davam edəcək. Eyni zamanda iqtisadi və ticari əlaqələrdə böyük irəlilələmələr olub. Təbii ki, Türkiyə-Azərbaycan və Pakistan birliyi, müdafiə sənayesində, hərbi istiqamətlərdə ortaq təlimlər keçirilməklə pillə-pillə ən üstə doğru qalxmaqdadır. Türkiyənin Pakistan hər şəraitdə və həmişə dəstəkləməsi qardaşlıqdan irəli gələn vəzifədir. Türkiyənin inkişaf etmiş bütün sistemləri- PUA-lar, logistika, infrasturktur, Pakistana veriləcək. Pakistana qarşı belə addımlar atanlar onun tək olmadığını bilməlidir”.