Modern.az

Zaxarova Azərbaycan teatrının bərpasından danışdı

Zaxarova Azərbaycan teatrının bərpasından danışdı

27 May 2025, 19:45

Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

"Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük - o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?