Modern.az

Azərbaycan-Pakistan-Türkiyə zirvə görüşündən GÖZLƏNTİLƏR

Azərbaycan-Pakistan-Türkiyə zirvə görüşündən GÖZLƏNTİLƏR

Analitika

28 May 2025, 14:00

“Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçirilir. Bu toplantı ölkələr arasında əməkdaşlığın və dostluğun növbəti təzahürü kimi dəyərləndirilir.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə kkomitəsinin sədri Arzu Nağıyev bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan arasında keçirilən ikinci üçtərəfli Zirvə Toplantısı  mövcud olan strateji əməkdaşlığı daha da dərinləşdirmək, təkmilləşdirmək imkanlarını müzakirə etmək üçündür:

"Düşünürəm ki, zirvə toplantısında hərbi əməkdaşlığın gücləndirilməsi məsələsi mütləq olacaq. Çünki əvvəlki Zirvə toplantılarında da hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilirdi. Keçirilən hərbi təlimlər, üç ölkənin silahlı qüvvələri arasında döyüş taktikasınınn aparılması, qarşılıqlı anlaşmanın şahidi olduq. Bütün bu əməkdaşlıqları yenidən təkmilləşdirmək, silahlardan istifadə və digər ortaq müdafiə məsələləri mütləq şəkildə gündəmə gələ bilər. Son vaxtlar iqtisadi, ticari əməkdaşlığı artırılır. Pakistana sərmayələrin qoyulması, üç ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsi, Orta Dəhliz, eləcə də Şimal-Cənub dəhlizindən də danışılacaq. Qlobal məsəələlərdə hər üç ölkənin ortaq marağı olan-Kəşmir, Şimali Kipr, Qəzza, Azərbaycan-Ermənistan münasibətləri yenidən gündəmdə ola bilər. Hər üç ölkənin məsələlərə baxışlarını, mövqeyini yenidən formalaşdırması məsələsi var. Bu ölkələri problemlərə birgə baxışının müzakirəsi gedə bilər".

Milli Məclisin Azərbaycan-Pakistan Dostluq Qrupunun üzvü Arzu Nağıyev qeyd edib ki, Azərbaycan-Türkiyə-Pakistan strateji üçbucaq təşkil edir:

"Pakistanla Azərbaycan arasında döyüş təyyarələrinin satışı ilə bağlı müqavilələr imzalanıb. Bu da hərbi sahədə əməkdaşlığın dərinləşdiyinin göstəricisidir. Bu cür razılaşmaların genişləndirilməsi mümkündür. Bundan əlavə olaraq,mütəmadi hərbi təlimlərin keçirilməsi lazımdır. Həm regional, həm də beynəlxalq təhlükəsizliyə bu ciddi töhfə verə bilər. Bu üç ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşməlidir. Bunun üçün də Zirvə Toplantısının keçirilməsi labüddür və faydalı platformadır".

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi