Modern.az

Rusiya gedib öz problemləri ilə məşğul olsun! - Sabiq nazirdən REAKSİYA

Rusiya gedib öz problemləri ilə məşğul olsun! - Sabiq nazirdən REAKSİYA

Analitika

10 İyun 2025, 12:13

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin ölkəsinin propoqanda kanalı olan “Russia Today”a müsahibəsi zamanı dedikləri ciddi rezonans doğurub. Onun Qarabağı mübahisəli ərazi kimi qələmə verməsi, eləcə də bu bölgəni Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışması rəsmi Bakının sərt reaksiyasına səbəb olub.

"Sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir", - Azərbaycan XİN bildirib.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya prezidentinin köməkçisinin fikirlərini belə şərh edib:

“Çıxışın mahiyyəti bu və ya digər şəkildə vəziyyəti göstərmək deyil. Müsahibədə səsləndirilən fikirlərin mahiyyəti onunla bağlıdır ki, Rusiya tərəfi Ukryana ilə atəşkəs rejiminə getmək istəmir. Atəşkəs rejimi əldə etməkdənsə, bunun əvəzinə hansısa məqsədləri həll etmək istəyirlər. Azərbaycanda fərqli bir təcrübə vardı. Biz 1994-cü ildə atəşkəs rejiminə nail olduq. Amma hansısa şərtlər Ermənistan tərəfindən qəbul olunmurdu. Prezidentin köməkçisi öz mövqeyini göstərmək üçün lazımsız, hətta əsassız olaraq Azərbaycan və Qarabağ mövzusuna şərhlər verir”.

Medinski bu fikirləri Putindən xəbərsiz səsləndirib?

Suala cavabında T.Zülfüqarov deyib: “Mən əminəm ki, Vladimir Putinin köməkçisi Vladimir Medinski öz mövqeyinə hansısa arqumentlər, dəlillər gətirmək üçün bu misalı gətirib”.

Sabiq xarici işlər naziri sonda qeyd edib ki, Putinin köməkçisinin sözlərinin siyasi baxımdan əhəmiyyəti yoxdur.

"O mənada bunu deyirəm ki, məsələ Azərbaycan tərəfindən beynəlxalq qanunlara uyğun olaraq öz həllini çoxdan tapıb. Kimin məsələni necə şərh etməsi önəmli deyil. Biz hər sözə fikir versək, elə bil ki, kiməsə nəsə sübut etmək istəyirik kimi görünəcək. Onlar gedib öz problemləri ilə məşğul olsunlar. Onlara yeganə bu məsələhəti vermək olar".

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ