Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur. PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir.
Qeyd edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından effektiv şəkildə faydalana bilərlər.
Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:
Birbank Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür.
Mobil təbiqi yükləmək üçün: //onelink.to/ryprcz
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir. İstifadəçilərə beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Birbank Invest barədə daha ətraflı məlumat almaq üçün //birbankinvest.az/ saytına keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz - //linktr.ee/birbank.invest.