Modern.az

PKK-nın digər qolları da sıradan çıxarılacaq? - Ekspert AÇIQLADI

PKK-nın digər qolları da sıradan çıxarılacaq? - Ekspert AÇIQLADI

Analitika

11 İyul 2025, 15:54

PKK terror təşkilatı həbsdəki lideri Abdullah Öcalanın etdiyi çağırışa müvafiq olaraq bu gündən silahları yerə qoymağa başlayıb. İlk simvolik mərasim İraqın şimalındakı Süleymaniyyə şəhərində keçirilib. PKK-ya yaxın olan xəbər agentliklərinin verdiyi məlumata görə, mərasimə 15 qadın və 15 kişi olmaqla ümumilikdə 30 təşkilat üzvü qatılıb.

Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, PKK-nın silahı təhvil verməsi prosesi bir gün içərisində baş tutacaq məsələ deyil:

“Öcalanın məlum çıxışından sonra PKK-nın Türkiyədə, Kandildə, İraqda gizlənən qolları silahları təhvil verməyə başlayıblar. Lakin bu proses bir gün içərisində “silahları təhvil ver, ağ bayraq qaldır” prinsipi ilə baş tutmayacaq. Hətta silahı təhvil verməyə razı olanlar belə bunu tədricən edəcəklər. Çünki burada məsələnin siyasi tərəfləri də var. Türkiyədaxili siyasətdən söhbət gedir. Bu məsələ ilə razı olmayan qollar da var. Bura ilk növbədə PKK-nın İran sərhədi yaxınlığıdakı PEJAK adlanın qolu daxildir. PEJAK silahların təhvil verilməsini heç cür qəbul etmir və mübarizəsini sona qədər davam etdirmək istəyir. İndiyə qədər PKK-ya göstərilən maliyyə yardımını, digər dəstəkləri, silah yardınmlarını birbaşa öz üzərlərinə götürmək istəyirlər. Hətta ABŞ tərəfindən silahlandırılan, maliyyələşdirilən PKK-nın bütün tədarükünü PEJAK üstlənməyi istəyir. Bunda İranın da maraqları var. Yeri gələndə Türkiyəyə təzyiq etmək üçün bunda maraqlıdırlar. Təbii ki, İran həmin dəstələri ələ keçirə bilsə, bu mümkün ola bilər. Çünki onların İrana qarşı da iddiaları var”.

Ekspert vurğulayıb ki, bundan sonra proses siyasi müstəvidə gedəcək:

“ PKK-nın Suriyadakı qolları - PYD, YPG silahı təhvil verməyə bir növ razılaşıblar. Onlar da hələ ki ABŞ-nin təsiri altındadırlar, nəinki Öcalanın. Bu dəstələr Fərat çayının şərq sahilində məskunlaşıblar. Hətta orada bunların başçısı var - Məzlum, o da buna razıdır. Çünki prespektivdə başqa yollarının olmadığını bilir. Proses siyasi müstəvidə gedəcək. Türkiyədə kürd əhali var. Həmin kürd əhalisinin hansı qüvvəyə yaxın olması məsələsi hazırda Türkiyədaxili siyasətdə maraqlı mövzulardan biridir. Öcalanın həbsdən azad olunması məsələsi var. Bu istiqamətlərdə işlər gedir. Amma mən hesab edirəm ki, PKK-nin ən vacib qolları silahları təhvil verirlər və proses davam edəcək. Bununla belə, silahlı dəstələr tamamilə sıradan çıxmayacaq. Çünki istər qlobal, istərsə də regiondakı bəzi güclər, hətta İsrail kürd məsələsinin sönməsini istəmir. Kürdlərin dövlət yaratmaq məsələsi bəzi güclərin marağındadır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi