Modern.az

Paşinyanın mətbuat konfansında verdiyi MESAJLAR

Paşinyanın mətbuat konfansında verdiyi MESAJLAR

Analitika

16 İyul 2025, 16:42

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransı keçirib. O, bir sıra məsələlərə toxunub. Paşinyanın toxunduğu məsələlərə sülh sazişi, kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlər də daxildir.

Nikol Paşinyanın bugünkü mətbuat konfansından hansı nəticələr çıxarmaq olar?

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bunları deyib:

"O, Azərbaycanla sülh sazişini gələn il parlament seçkisinə qədər imzalamaq istəyir ki, ölkə daxilində və xaricində mövqelərini möhkəmlətsin. İkincisi, Ermənistan hökuməti Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə hazırlaşır. Paşinyan mətbuat konfransında Kremlə mesaj göndərib ki, İrəvanın qərarı qətidir və geri dönüşü olmayacaq. Üçüncüsü, Nikol Paşinyan Zəngəzur dəhlizini ABŞ və ya Avropa şirkətlərindən birinə icarəyə verməyə hazırdır. Halbuki, hələ dünən Ermənistan Xarici İşlər Nazirliyi bunu inkar edən bəyanat yaymışdı.

Beləliklə, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq istəmir".


Politoloq vurğulayıb ki, buna baxmayaraq, Paşinyan sülh sazişinin imzalanması üçün zəruri olan Konstitusiya dəyişikliyini sürətləndirmək istəmir:
 

"Prinsip etibarilə biz də sülh sazişinin imzalanmasına tələsmirik. Əgər Paşinyanın söylədiyi kimi, yeni Konstitusiyanın mətnini Ermənistanda parlament seçkisindən sonra referendruma çıxaracaqlarsa, bu təxminən 10 aylıq müddət deməkdir. Yəni çox da gözləmək lazım gəlməyəcək. Paşinyan Zəngəzur dəhlizini ABŞ və Avropa şirkərlərindən birinə icarəyə vermək istəyirsə, bu qərarını sürətləndirməlidir. Çünki, bu qərardan sonra hələ dəmiryolunu bərpa etmək lazım gələcək. Buna da vaxt lazımdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi