Modern.az

İlham Əliyev gələcək nəsillərin həyatını XİLAS ETDİ 

İlham Əliyev gələcək nəsillərin həyatını XİLAS ETDİ 

Analitika

10 Avqust 2025, 22:00

44 günün tarixi mirasi

44 günlük Vətən müharibəsi Azərbaycan liderliyinin dünya səhnəsinə çıxışıdır. 

Prezident İlham Əliyev döyüş meydanında göstərdiyi qətiyyətlə həm düşmənə, həm də beynəlxalq güclərə yeni reallığı qəbul etdirdi.

Hərbi əməliyyatlar planlı, dəqiq və məqsədyönlü şəkildə idarə olundu.

Azərbaycan diplomatik masada da gücünü qorumağı bacardı.

Prezidentin hər çıxışı, hər bəyanatı həm ordunu ruhlandırdı, həm də xarici siyasətin tonunu müəyyənləşdirdi.

Bu zəfərdən sonra dünya artıq Azərbaycanın səsini diqqətlə dinləməyə başlayıb. 

44 günün sonunda Azərbaycan təkcə Qarabağı azad etmədi, həm də beynəlxalq münasibətlərdə öz mövqeyini möhkəmləndirdi.

Bu möhkəm mövqe sonrakı sülh prosesinin bünövrəsini təşkil etdi.

Liderin Zəfər üzərində qurduğu diplomatiya gələcək onilliklərə təsir edəcək strateji xətt idi.

Azərbaycan tarixində bu mərhələ “qələbədən sülhə” keçidin başlanğıcı kimi yazıldı.

 

Qələbənin dərsi

 

2023-cü ilin antiterror əməliyyatı Azərbaycan diplomatiyası ilə hərbi gücünün necə birləşdiyinin nümunəsi oldu.

Bir sutka ərzində düşmən tərksilah edildi, qan tökülməsinin qarşısı alındı.

Bu, dünyanın diqqətini çəkən nadir hərbi əməliyyatlardan oldu. Sürətli, dəqiq və minimal itki ilə başa çatdı.

Prezidentin göstərişləri əməliyyatın humanitar hüquq normalarına uyğun həyata keçirilməsini təmin etdi.

Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə bu əməliyyat müsbət qarşılandı.

Azərbaycan göstərdi ki, güc tətbiqi məqsəd ola bilməz, amma bu, sülhün təminatıdır.

Bu qətiyyətli addım həm regionda təhlükəsizlik boşluğunu aradan qaldırdı, həm də sülh danışıqlarında üstünlük qazandırdı.

Prezident İlham Əliyev bu əməliyyatı “son hərbi addım, ilk sülh səhifəsi” kimi tarixə yazdı.

Antiterror əməliyyatı Azərbaycanın beynəlxalq nüfuzunu bir pillə də yüksəltdi.

Bu hadisə, sülhə gedən yolda Azərbaycan modelinin effektivliyini göstərdi.

 

Amerikada qazanılan diplomatik etimad

 

44 günlük zəfər və antiterror əməliyyatı Azərbaycanın sülh masasında güclü mövqeyini təmin etdi.

Prezident İlham Əliyevin Vaşinqtonda, BMT-də, digər beynəlxalq platformalarda çıxışları diqqət mərkəzinə çevrildi.

ABŞ Azərbaycanın sülh təşəbbüslərini konstruktiv, gələcəyə hesablanmış strategiya kimi qəbul etdi.

Vaşinqtonda aparılan görüşlər Azərbaycanın sülh gündəliyinin legitimliyini artırdı.

Prezident hər bir bəyanatında qalib dövlətin təmkinli, lakin prinsipial mövqeyini nümayiş etdirdi.

Amerika diplomatiyası Azərbaycanın bu mövqeyini regionun sabitliyi üçün açar hesab etdi.

Bu etimad Azərbaycanın Qərblə strateji əməkdaşlığını daha da möhkəmləndirdi.

İlham Əliyev göstərdi ki, qələbəni dünya ilə bölüşmək, onu sülhün təməl daşına çevirmək mümkündür.

Amerikada qəbul olunan sülh formulu Cənubi Qafqaz üçün yeni təhlükəsizlik konsepsiyasına çevrildi.

Bu, həm də Azərbaycanın qlobal siyasətdə nüfuzunun artmasının sübutu idi.

 

Sülh, gənclərimizin gələcəyi

 

Sülh hər bir gəncin həyatının qorunması, bir ananın göz yaşının dayanmasıdır. Ümumən bu rəqəm minlərlə deməkdir.

Prezident İlham Əliyevin liderliyi ilə aparılan sülh siyasəti yeni müharibələrin qarşısını almağa yönəlib.

Bu siyasət nəticəsində gənclərimiz torpağı qorumaq üçün canından keçmək məcburiyyətində qalmayacaq.

Sülh sənədlərinin hər imzası minlərıə gəncin həyatına bərabərdir.

Azərbaycan xalqı yaxşı bilir ki, sülh zəfərin davamıdır, zəiflik ilə sülh olmur. 

Gənclər artıq gələcəklərini elm, texnologiya və yaradıcılıq üzərində qurmaq şansı qazanır.

Qurbanların olmaması, hər ailənin övladını qucaqlaya bilməsi dövlətin ən böyük qələbəsidir.

Prezidentin sülhə nail olması həm də milli təhlükəsizlik strategiyasının uğurudur.

Bu sülh sabitliyi ilə iqtisadi, mədəni və sosial inkişafın qapıları açılır.

Azərbaycanın dünyaya təqdim etdiyi “zəfərdən sülhə” modeli gələcək nəsillərin həyatını xilas edən nümunə olaraq qalacaq.

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza