Modern.az

Ermənistan ərazisindəki separatçılara "dur!" deməlidir

Ermənistan ərazisindəki separatçılara "dur!" deməlidir

Analitika

14 Avqust 2025, 12:15

8 avqust tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında tarixi görüş keçirildi. Görüşdə sülh sazişinin mətni paraflandı və həmin mətn bir müddət əvvəl ictimaiyyətə açıqlandı. Sənəddəki maddələrdən biri də belədir:

"Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər".

Bu isə Ermənistandakı "Artsax"ın tör-tüküntülərinin yaratdığı təşkilatların ləğvinə, onlara qarşı addımlara gətirib çıxarmalıdır. Bununla yanaşı, revanşistlərə qarşı da tədbirlərin görülməsinə ehtiyac var.

“Ermənistan artıq separatçılara “dur!” deməlidir”

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan sülhü həqiqətən də istəyirsə, separatçılara artıq “dur!” komandası verməlidir:

“Bu günlərdə dərc edilən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni göstərir ki, tərəflər bir-birinə qaşrı rəsmi səviyyədə təbliğat aparmayacaqlar. Bu o deməkdir ki, Ermənistan öz üzərinə ərazisində Azərbayanın bütövlüyünə, suverenliyinə qarşı olan istənilən elementlərə qarşı mübarizə aparmağı öhdəsinə götürür. Ermənistan, doğrudan da, sülh istəyirsə, erməni separatçılarına artıq "dur!" komandası verməlidir”.

“Hansı ölkənin imzasına nə qədər hörmət qoyacağını zaman göstərəcək”

Deputat vurğulayıb ki, dünya hər iki tərəfin də öhdəliyini görüb:

“Separatçıların beynəlxalq aləmdə də dəstəyi azalmaq üzrədir. Bütün cəhdlərə baxmayaraq, sülh müqaviləsi paraflandı və imzalanmağa doğru gedir. Gələcəkdə reallıqda hansı ölkənin öz imzasına nə qədər hörmət edəcəyini görəcəyik. Separatçıların fəaliyyəti Ermənistanda davam edərsə, Azərbaycanın Ermənistandan bu məsələyə son qoymağı tələb etmək hüququ var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu