Modern.az

Liderlərin razılaşdıqları və razılaşmadıqları məsələlər - Rusiyalı politoloq Modern.az-a danışdı

Liderlərin razılaşdıqları və razılaşmadıqları məsələlər - Rusiyalı politoloq Modern.az-a danışdı

Analitika

16 Avqust 2025, 12:02

Ukrayna müharibəsindən sonra ABŞ və Rusiya liderləri ilk dəfə görüşdülər. Ötən gecə Alyaskanın Ankoriç şəhərində baş tutan və 3 saat sürən görüş nəticəsiz başa çatıb. Baxmayaraq liderlər Alyaska sammitini yüksək qiymətləndiriblər.

Donald Tramp ABŞ, Rusiya və Ukrayna liderlərinin üçtərəfli görüşünün mümkünlüyündən danışıb. İndi mümkün üçtərəfli görüş müzakirə mövzusu olub.

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bununla bağlı Modern.az-a açıqlama verib.

O, əvvəlcə Alyaska görüşünün nəticələri barədə danışıb:

“Əvvəla Putinlə Tramp arasında çox yaxşı münasibətlər quruldu, Rusiya prezidentinin ABŞ administrasiyası haqda çox müsbət danışdığını gördük. Putin birbaşa dedi ki, Ukraynadakı müharibənin səbəbi 2020-ci ildə Baydenin prezident seçilməsi və siyasəti ilə əlaqədardır, Tramp seçilsəydi, müharibə olmazdı, çünki o, müdrik və sülhsevər adamdır. Öz növbəsində Tramp da Putini təriflədi. Putinin təyyarəsinin ABŞ-nin F-22 qırıcıları ilə müşayiət olunmasına şahidlik etdik. Putinlə Trampın ortaq düşmənləri var, bunlar liberal qlobalistlərdir. Dünya bunun Putin üçün necə böyük qələbə olduğunu yazır, çünki böyük bir zirvə keçirildi, Rusiya siyasi təcriddən çıxdı və eyni zamanda Putin heç nə vermədi”.

S.Markov Rusiyaya ABŞ-nin yeni sanksiyalar tətbiq etməyəcəyini, amma bundan əvvəlki sanksiyaların da ləğv edilməyəcəyini söyləyib:

“Sanksiyalarla bağlı da müəyyən nəticələr var. Yeni sanksiyalar olmayacaq, amma Rusiyaya qarşı əvvəlki sanksiyalar da götürülməyəcək. Sanksiyaların ləğvi üçün şam yeməyi planlaşdırılırdı. Lakin bu, ləğv edildi. Yəni sanksiyalar hələ də qalır”.

Rusiyalı politoloq avqustda Putin-Tramp-Zelenski görüşünün baş tutacağını düşünür:

“Ukrayna ilə bağlı danışıqlar çətin idi, amma yaxşı keçdi. Tramp görüşə 10 ballıq qiymətləndirmə ilə 9 bal verib. Yəqin ki, 90 faiz məsələlər ətrafında razılaşdılar. 10 faiz isə razılaşmayıblar. Lakin nədə razılaşıb, nədə razılaşmadıqları məlum deyil. Tramp danışıqlara Zelenskinin də qoşulacağını, yaxın vaxtlarda üçtərəfli görüşün olacağını qeyd edib. Rusiya prezidentinin köməkçisi Uşakov isə üçtərəfli görüşlə bağlı konkretliyin olmadığını bu gün açıqlayıb. Kiyevin reaksiyası necə olacaq, biz hələ dəqiq bilmirik.

Mən deyərdim ki, yaxın vaxtlarda Zelinski Putin və Tramp arasında görüş ehtimalı çox yüksəkdir və bu, hətta avqustda baş tutacaq. Lakin avropalılar görüşün baş tutmamasına çalışacaqlar. Fransa sülhün əsas düşmənlərindən biridir. Fransaya Ukraynada müharibə lazımdır. Bu, ona öz maraqlarını təmin etmək üçün gərəklidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu