Modern.az

Aprelin 17-də 29 şəhərdə sınaq imtahanı keçiriləcək

Aprelin 17-də 29 şəhərdə sınaq imtahanı keçiriləcək

15 Aprel 2011, 10:55

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 17-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 29 şəhərində sınaq imtahanı keçirəcək.

TQDK-dan Modern.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Qəbələ, Oğuz, Ağcabədi, Tərtər, Ucar, Kürdəmir, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Astara, Quba, Xaçmaz, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 45 binada aparılacaq. İmtahanda iştirak etmək üçün 32156 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanı iştirakçılarına yeni (3 nömrəli) test kitabçası təqdim olunacaq.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

Növbəti sınaq imtahanlarının tarixi, keçiriləcəyi bölgələrin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU