QAT sədri deputatın ittihamlarının absurd olduğunu da qeyd etdi: “Onun üzərinə heç kəsi göndərməmişik, qərargahının şüşəsini sındırmamışıq. Ola bilər ki, kimsə onun ermənilərlə əlaqəsinin olduğuna, onları dəfələrlə Bakıya dəvət etdiyinə görə belə addım atsın. Xatırlayırsınızsa, bir müddət öncə Araz Əlizadə Daşnaksütyun Partiyasının nümayəndələrini Bakıya dəvət etmişdi. Onlarla birlikdə tədbir keçirdi. Buna etiraz edərək, tədbir keçirilən yerin önündə aksiya keçirdik.
O zaman Araz Əlizadə erməni ilə birlikdə ayaqyoluna qaçdı və orada gizləndi. Hansısa bir üzvümüz onların ofisinə gedib etirazını bildirə bilər. Amma planlı şəkildə kimisə onun üzərinə göndərməmişik. Səviyyəsiz şəkildə deyir ki, Akif Nağını elə vuracam, bir daha yerindən qalxa bilməyəcək.
Buradan deyirəm ki, 70-ə yaxın yaşın var, güclə yeriyirsən, azacıq ağlın olsun. Bir məsələ var, “it hürər, karvan keçər". Karvan öz yolu ilə gedir, hər hürən itə tərəf çevrilsə, mənzil başına çata bilməz. Biz təşkilat olaraq yolumuzla gedirik. Araz kimilərə cavab verməyə nə vaxtımız, nə də həvəsimiz yoxdur.
Bu baxımdan onun üzərinə getmək fikrim yoxdur. Amma haradasa qarşıma çıxsa, onun alnının ortasından bir yumruq vuracam, gözündən qığılcım çıxacaq. Ya öləcəkmi, ya da ağıllanacaqmı, bunu deyə bilmərəm, amma şok keçirəcək. Ölüb eləsə, hər kəs düşünsün ki, günah məndə deyil, onun özündədir. Amma çalışsın qabağıma çıxmasın. Təşkilat üzvləri barədə dedikləri nə qədər səviyyəsiz olduğunu göstərir. Hansısa üzvümüz onu çağırsa, gələcəkmi? Nəyə güvənib belə deyirsən? Əgər kimsə Arazı vursa, günahı özündədir. Hüquqi addımlar atıb, onu məhkəməyə verməyə həvəsimiz və vaxtımız yoxdur. Amma davamlı olsa, bu hal istisna deyil. Sən kimsən ki, sənin yanına, yaxud ofisinə gəlim?
Məni və təşkilatımızı hədəf seçməyinin kökü var. Ermənipərəst olan şəxslərə qarşı mövqeyimiz daim birmənalı olub. Sadəcə, köhnə yaralarının təsiridir. Bu şəxslər ermənilərlə işbirliyində maraqlıdırlar. Ola bilsin ki, onların işbirliklərini pozuruq, hansısa maraqlarına toxunuruq".
Modern.az