Arxiv
29 Aprel 2016, 11:57 | PARLAMENT
Ermənilər azərbaycanlı deputatın evini dağıtdılar - FOTOLAR

“Ermənilərin raketlərdən açdığı atəş nəticəsində Ağdamın Eloğlu kəndindəki ana evimiz, yəni anamın anasının-nənəmin evi dağıdılıb, yararsız hala salınıb”.  Bu sözləri Modern.az saytına 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, nənə evini özü təmir etdirmək istəyir:

“Dövlət ilk növbədə daha çox ehtiyacı olan insanların evlərini təmir etdirsin. Çalışacam ki, nənə evimizi təmir edim. Təbii ki, belə evləri dövlət təmir edir. Evə gedib baxanda dövlət rəsmiləri də mənimlə idilər.
Bizim həyətə gedəndə Ağcabədinin və Ağdamın icra basçışına dedim ki, “mənim evimi təmir etdirmək vacib deyil, siz ilk növbədə daha çox ehtiyacı olan, başqa sakinlərin dağılmış evlərini təmir etdirin. Dedim ki, evimizi özüm təmir etdirərəm”.

Deputat deyib ki, ötən gün şiddətli atışmalar nəticəsində Ağdamın Eloğlu, Çəmənli, Əfətli, Zəngişalı, Mahruzlu, Əhmədağalı kəndlərinə düşmən raket və qradlardan, iri çaplı silahlardan atəş açıb. Bir çox evləri yararsız hala düşüb.

“Sarıcalı kəndində orta məktəbi raketlərdən, qradlardan elə günə salıblar ki, külünü göyə sovurublar. Həmin saatlarda böyük xoşbəxtlikdən orada dərs olmayıb. Əgər Allah eləməsin, həmin gün o məktəbdə dərs olsaydı, 1 nəfər də şagird və ya müəllim sağ çıxa bilməzdi.

Ağcabədinin Qaraxanlı kəndinə sırağa gün 50 raket düşüb. Bayat, Hacılar kəndləri erməni səngərinin burnunun ucundadır. Ermənilərin atəş nöqtəsindən Qaraxanlı və Bayat kəndlərinə 15-20 kilometr məsafə var. İndi görün ki, ermənilər hansı növ raketlərdən atəş açıblar ki, həmin raketlər kəndləri məhv edib”.

Aqil Abbasın sözlərinə görə, atılan raketlərdən biri qonşuluqdakı evin düz içinə düşüb.

“Bir raket də həyətin artırma hissəsinə düşüb. Xoşbəxtlikdən həmin an divarlar aşmamışdı evi saxlayıb. İnsanlar hamısı həyətdə olub və divarlar da qəlpələrdən onları qoruyub.

Ağcabədinin Hacılar kəndində Heydər piri var. Seyid ocağı olan o kəndə 13 qrad mərmisi düşüb və 7-si partlamayıb”.










Ağa AKİFOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19 Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ 9 May 2021, 09:11 Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir 9 May 2021, 09:10 Kolumbiyada etiraz: 548 nəfər itkin düşdü 9 May 2021, 08:59