Arxiv
14 Yanvar 2011, 08:08 | PARLAMENT
Öz əcəli ilə ölən, güllələnən, qəriblikdə vəfat edən deputatlar...

Onların içərisində nüfuzunu sonadək qoruyanlar da oldu, gözdən düşənlər də


Müstəqil Azərbaycanın Milli Məclisinə 2010-cu ildə keçirilən seçkilər sayca dördüncü oldu.  Parlamentə ilk dəfə olaraq 1995-ci ildə keçirilən sekilərdən bu yana xeyli millət vəkili kreslolarda oturub. Lakin, necə deyərlər, həyatın da amansız qanunları var. Bu illər ərzində millət vəkilləri arasında dünyasını dəyişənlər də olub. Bir sıra millət vəkillərinin ölümü isə kriminalla yadda qalıb. Modern.az son 15 ildə dünyasını dəyişmiş deputatları xatırladır.

Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib. 1930-cu ildə doğulan F.Maqsudov 1976-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilib. 1980-1997-ci illərdə eyni zamanda akademiyanın fizika-riyaziyyat texnika elmləri bölməsinin akademik-katibi, 1997- 2000-ci illərdə isə akademiyanın prezidenti olub. F.Maqsudov elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” adına layiq görülüb, “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Akademik 300-ə qədər elmi məqalənin və 11 monoqrafiyanın müəllifi olub, onun rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.
F.Maqsudov 1995-ci ildə 5 saylı Culfa seçki dairəsi üzrə deputat seçilmişdi.
Xatırladaq ki, 2001-ci ildə Fərəməz Maqsudovun evinə silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. Həmin vaxt bu qanlı cinayətin tezliklə açılacağı ilə bağlı güc nazirliklərinin bəyanatları səslənsə də, bu günə kimi ortada nəticə yoxdur. 

Müstəqil parlamentin daha bir üzvü Yusif Vəkilov ( Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib.  1995-ci ildə 26 saylı birinci Nəsimi seçi dairəsindən deputat seçilən tanınmış yazıçı Yusif Səmədoğlu bitərəf olub.  Onun “Qətl günü” romanı Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu.

Tanınmış Azərbaycan şairi Cabir Novruzov (Cabir Novruz) 2002-ci ildə dünyasını dəyişib. Cabir Novruz birinci çağırış Milli Məclisə keçirilən seçkilərdə 46 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi.  

1995-ci ildə parlamentə seçilən Sofiq Hüseynov isə çox az vaxt deputat mandatı gəzdirə bilib. 1996-cı ildə dünyasını dəyişən S.Hüseynov 48 saylı Ağdam kənd seçki dairəsindən deputat olub. İqtisad elmləri doktoru olan Sofiq Hüseynov mərhum Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılımış Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət komissiyasının üzvü olub.

Digər millət vəkili Əli Ansuxskinin taleyi faciəli olub. 1996-cı ildə güllələnərək öldürülən  deputat Əli Ansuxskinin qətli bu günə qədər müəmmalı qalıb. O, bitərəf kimi 1995-ci idlə keçirilən seçkilərdə 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmişdi.

Yeni Azərbaycan Partiyasının nüfuzlu şəxlərindən sayılan Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. 1935-ci ildə anadan olan S.Musayev 74 saylı Goranboy-Naftalan seçki dairəsindən seçilmişdi. 

Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. 1997-ci ildə yaşadığı evin girişində öldürülən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı. Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilən Bünyadov hakim partiyanın nüfuzlu şəxsi sayılırdı. 

Digər YAP-çı deputat Məzdək Hüseynov da YAP siyahısı üzrə ilk parlamentin üzvü olub. 2001-ci ildə dünyasını dəyişib.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından da dünyalarını dəyişənlər var.

Professor Şamil Qurbanov 2004-cü ildə dünyasını dəyişib. Parlament iclasında Qarabağla bağlı müzakirə zamanı Fransanın o zamankı prezidentinə xitabən dediyi “Jak Şirak qudurub” replikası Milli Məclisin işində iştirak edən diplomtalar tərəfindən birmənalı qarşılanmamışdı.  

İkinici Məclisin digər üzvü Samur Novruzov da vəfat edib. O, 24 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputat olub.

Deputat Rəfael Allahverdiyevin siyasi taleyi isə ağır olub. Mərhum prezident Heydər Əliyevin zamanında Bakı şəhər İcra Hakimiyyətinin başçısı olan R.Allahverdiyev 90-cı illərin əsas siyasi fiqurları sırasında yer alıb.  Sonradan siyasi hakimiyyətin gözündən düşən  R.Allahverdiyev sığınacaq aldığı uzaq İsveçdə dünyasını dəyişib.

Milli Məclisin üzvü, tanınmış qiraət ustası, xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında  vəfat edib. Pafoslu çıxışları ilə parlamentdə diqqət çəkən M.Mirzə 2002-ci ildə keçirilən əlavə seçkilərdə bitərəf deputat kimi parlamentə seçilmişdi.

Məşhur şair, keçmiş millət vəkili Bəxtiyar Vahabzadə 2009-cu ildə dünyasını dəyişib. Görkəmli şair iki dəfə Milli Məclisin ilk iclasına sədrlik edib.

Deputat Zakir Zeynalov 2003-ci ildə vəfat edib. Milli Məclisin Hüquq siyasəti komissiyasının sədri olan Z.Zeynalov nufuzlu və hörmətli millət vəkillərindən sayılıb. Hüquq elmləri doktoru olan Zakir Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi.

Millət vəkili Şadman Hüseyn də dünyasını dəyişmiş deputatlar sırasındadır. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürəktutmasından vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.  

Deputat Ramiz Əhmədov parlamentdə Azərbaycan kommunistlərini təmsil edib. Ramiz Əhmədov 2007-ci ildə dünyasını dəyişib. Sovet dövründə müxtəlif məhsul vəzifələrdə çalışıb, “Kommunist” qazetinin baş redaktoru, Gəncə və Qəbələ rayonlarının birinçi katibi, Yevlax rayonunun icra başçısı olub. 1993-cü ildə R.Əhmədov Azərbaycan Kommunist Partiyasını bərpa edərək onun sədri secilib.

Milli Məclisin deputatı olmuş, “91-lər”dən İbrahim İsayevZakir Sərdarov da vəfat edən sabiq millət vəkilləri sırasında yer alırlar.

Modern.az 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda minlərlə boşanmış qadına çarə tapıla bilər... 17 İyul 2019, 12:33