Arxiv
31 Yanvar 2011, 08:10 | FOTOSÖHBƏT
Jurnalist Arif Əliyevlə fotosöhbət

Arif Aslan oğlu Əliyev 31 avqust 1960-cı ildə anadan olub.

1983 – cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub, təhsil aldığı illərdə “Azərinform”un xüsusi müxbiri kimi çalışıb. Müxtəlif vaxtlarda "Azərbaycan gəncləri", "Azadlıq" qəzetlərində, "Turan" agentliyində işləyib, "Xəzər" jurnalının baş redaktoru və "Gün Səhər" qəzetinin təsisçisi olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi işləyib. 1995-ci ildən "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Ölkədə nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçilərindən biridir. Bakı Mətbuat Klubu və Azərbaycanın Mətbuat Şurasının yaradılması üzrə layihənin müəllifidir.

Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Evlidir, 2 övladı var.

 

Birinci sədd: 3 yaş. Şəklin arxasında qeyd var: «Böyüyəndə başa düşər ki, anası onun hər ilini necə səbirsizliklə gözləyər, necə qarşılayardı…».

 

Beş il sonra - anam və qardaşımla. Mən sol tərəfdəyəm. Bu şəkli çox sevirəm: İlahi, anam necə də cavan və gözəldir! 

 

9 yaşımda, pioner düşərgəsində. Məni tanımasanız da, işarə olacaq. Amma yanımdakı bir çoxlarını tanımamaqda bilsəniz, nə qədər səhv edirsiniz.

 

Bu da on yaş. İndikilərdən çox fərqlidir, deyilmi?

 

 

Hə, burada artıq indikilərə oxşamağa başlayırıq. Əl çalırıq. 82 saylı məktəb. 1976-cı il. «Gəlin, a dostlar» televiziya yarışının qalibləri! 

 

1978-ci il, Moskva Dövlət Universiteti, birinci kurs. Fotojurnalistika dərsi. Qızlarımızın zarafatıdır. Amma ləzzət eləmişdi, düzdür, tacın başağrısı da az olmadı.

 

Universitetin futbol üzrə yığma komandasının üzvü idim. İndi adlarına legioner deyirlər, amma o vaxt bizim komandada 8 ölkənin nümayəndəsi vardı.

 

İkinci kursda bizi kartof yığmağa apardılar. Məşhur Borodino düzünə. Bəzən kortof əvəzinə giliz, mərmi qırıqları da qazıb çıxarırdıq.

 

Dördüncü kursda isə hərbi hazırlıqdayıq. Dostumun yanına nişanlısı gəlib, sevincinə şərikəm. Yeri gəlmişkən, bəlkə tanıdınız? Sonra Rusiyada tanınmış jurnalistlər oldular: Vakulovskiy («Vzqlyad» proqramı) və Veselovskaya («Literaturnaya qazeta»).

 

1982-ci ildən sonra tanıyanlar məni bığsız ancaq bu şəkildə görə bilərlər. 

 

Leninqradda (əvvəlki və indiki Peterburqda) azərbaycanlı tələbələrləyəm. Moskvanı «böyük kənd» adlandırırdıq. Pitersə möcüzədir. 

 

Polşa, Bolqarıstan, Ukrayna və İrandan olan dostlarla Odessada tələbə toplantısında. Artıq sonuncu kursdayam (1983).

 

Universitetdən sonra ilk iş yerim - Azərinform (indiki AzərTAc) (1983-1986). Tarakanlarla dolu stol, Olivetti kompüteri (Azərbaycanın qalan hissəsindən hələ «maşinka» səsi gəlirdi) və biri 3 manatdan xəbərlər! Amma gənclik özü xöşbəxtlikdir. Burada isə həmkarlarımla Kişinyovda TASS işçilərinin təcrübə mübadiləsindəyik. 

 

Növbəti iş yerim - «Molodyoj Azerbaydjana» qəzeti (1986-1988). Əsl jurnalistika başlanır. İmperiyaya dil göstərən vaxtımız idi, Allah Nəcəfə rəhmət eləsin.

 

Mərkəzi Komitə «Molodyojkanı» dağıdandan sonra Aydın Məmmədovla işlədim, Vaqif Cəbrayılzadə ilə «Xazar» və «Xəzər» jurnallarını yaratdıq. Jurnalların kollektivi və xaricdən dəvət edilmiş yazıçı-şair qonaqlarımızla Yanardağdayıq.   

 

«Azadlıq» qəzeti. Redaktor müaviniyəm, yazı redaktə edirəm, Elçin Səlcuqun müqavimətini qıra-qıra. Qarşımdakını da təqdim etməyə ehtiyac yoxdur, düşünürəm. 

 

1992-ci ilin yazı. «Azadlıq» və «Turan»ın komandasının bir bölümü. Fırtınadan qabaqkı sakitlik. Özü də Şəkidə!

 

O zaman siyasi həyat kimi, mədəni həyat da qaynayırdı. Məzahir və Lalənin odasındayıq. Məşhur «Avşar Odası»nda. 

 

Prezident Elçibəyin mətbuat katibiyəm. Şevardnadze ilə Elçibəy mətbuat konfransı keçirirlər.

 

Bu - mənim balacalarım. Yanardağı göstərməyə aparmışam. Boyda bir olmaq üçün şəkildə mən əyilmişəm, indi artıq ikisi də məndən hündürdür. 

 

«Yeni Nəsil» Jurnalistlər Birliyinə 1995-də gəldim. İndiyədək heç yerdə bu qədər qərar tutmamışam. İlk tədbirlərimizdən biri.

 

O vaxtdan ömrün bir hissəsi konfranslarda keçir…  

 

Bir hissəsi müzakirələrdə…

 

Bir hissəsi də treninqlərdə. 

 

1998-ci ildə Azərbaycanda ilk Mətbuat Klubunu yaratdıq - Bakı Mətbuat Klubu. 

 

Sonra Redaktorlar Birliyi oldu… (sifətlər gərgindir, yəqin, yenə kimisə döyüblər)

 

Sonra Mətbuat Şurası… (Avropa Mətbuat Şuraları Konfederasiyasının  toplantısında Azərbaycan Mətbuat Şurasının yaradılması barədə məruzə zamanı).

 

«Yeni Nəslin» yaratdığı «Media açarı» mükafatının bu il 15 yaşı tamam olur.  

 

Hacı Hacıyevlə «Yeni Nəsil» Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliynin birləşdirilməsi planımız vardı. 

 

Bu illərdə böyük itkilər də oldu. Nəcəf Nəcəfovun qəbri üstündə. 

 

Əbülfəz Elçibəyin ölüm xəbərini aldığım an...

 

Elmar Hüseynovun qəbri üstündə. Bu şəkli çəkmiş Elxan Kərimov da artıq yoxdur. 

 

Səfərlər ömrün ən maraqlı günləridir. ABŞ-da qırx yolun ayrıcında. 

 

Quzey Kıprısda baş nazirlə görüş zamanı. 

 

Bu da yunan Kipri. Qoca çəkməçi 30 il görmədiyi türk dostlarından danışır. 

 

Bizim də öz cəbhə xəttimiz var. Tərtərə redaktorlarla hərbi hissəyə səfər zamanı.  

 

Londonda media rəhbərləri və imperiya şirləri ilə. 

 

Yenə ABŞ-da. «Arkanzas week» verilişinin qonağıyıq. 

 

Dünyanın ən böyük nağılçısı Hans Xristian Andersenlə də şəkil çəkdirmək nəsib oldu. 

 

Amma ən çox olduğum və sevdiyim ölkə Türkiyədir. Türk dili festivalındayam. 

 

Türk dostumuzun bədii filmi beynəlxalq festivalın laureatı olub, onun sevincidir.

 

İspaniya. Bu yerin adı «Avropanın eyvanı»dır. Arxanda bütün Avropa, öndəsə ancaq dəniz.

 

Dənizdə qürub çağını çox sevirəm. Dünyanın 9 dənizində günəşin qürubunu çəkmişəm, böyüdüb bağ evimdə divardan asmışam. Bu - Xəzərdir. 

 

Bağda çox vaxt keçirirəm. Ağac yeganə varlıqdır ki, tam əmin ola bilərsən: bəsləsən, barını görəcəksən.

 

Dostlarımı çox dəyərləndirirəm. Bilmirəm, Elçinə nə deyirəm, amma yüz faiz elə şeydir ki, onu hər adama deyə bilməzsən. 

 

Şirməmməd müəllimin 80 yaşı oldu. Onun çox aforizmləri var. Biri də budur: «Ölmək qorxulu deyil, yaşamamaq qorxuludur».  

 

Nəsə, ciddi söhbətə oxşayır. Deməli, yenə sonda hərə öz fikrində qalacaq.

 

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri Brüsseldə NATO-nun tədbirindən sonra xatirə şəkli çəkdirir. 

 

Avropa Şurasının Bakıdakı informasiya ofisində baş katib Terri Devislə media quruluşlarının rəhbərləri görüşür.

 

Dost üçün nələr eləməzsən. Mənim üçün o qədər nadir haldır ki, oynadığıma heç özüm də inanmıram. Qulunun «Səhər» proqramının yubileyidir. 

 

Bunlar lap köhnə dostlardır. Orta məktəb yoldaşlarımla 33 il sonra görüşmüşük. 

Yaş nə qədər ötsə də, hərdən özünü toparlayıb, cavanlarla bəhsə-bəs soyuq dağ çayının iti axarına da girirsən. 

Amma yox, artıq yaş sözünü deyir, yol yoxuşa düşəndə, velosiped səni yox, sən velosipedi aparırsan.

Modern.az
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54